Kremlin Baş nazirliyə
Ekskluziv
1283
17:07, Bu gün

Kremlin Baş nazirliyə "namizəd"i Samvel Karapetyan məhkəmədə nazirə uduzdu... 

Ermənistanın Birinci instansiya məhkəməsi Rusiyadan Paşinyan hakimiyyətini yıxmaq məqsədi ilə göndərilmiş, hazırda həbsdə olan iş adamı və "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyanın Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyana qarşı iddiasını tamamilə rədd edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
 
Torosyan bunu "Facebook" səhifəsində paylaşdığı videoda açıqlayıb və qeyd edib ki, Karapetyan bəzi açıqlamalarına görə ondan üzr istəməyi tələb edib.
 
"Əziz həmvətənlər, xatırlayacaqsınız ki, rusiyalı oliqarx Samvel Karapetyan məni məhkəməyə verib və bəzi təhqir və böhtanlara, Milli Məclisin kürsüsündən verdiyim açıqlamaya görə üzr istəməyimə məcbur etməyə çalışıb, əslində isə məni susdurmağa çalışıb. Amma təbii ki, bu, uğurlu alınmayıb və olmayacaq da."
 
“İndi isə Birinci instansiya məhkəməsi bu iddianı tamamilə rədd etdi və mən məhkəmədə qalib gəldim, rusiyalı oliqarx Samvel Karapetyan isə uduzdu”, - Torosyan bildirib.
 
Xatırladırıq ki, Rusiya vətəndaşı olmasına rəğmən rusiyapərəst və revanşist müxalifətin bir hissəsi S.Karapetyanı cəmiyyətə baş nazirliyə "ən uğurlu namizəd" kimi sırımağa çalışırlar...
 
S.Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər