Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin o vaxtkı prezidenti Moşe Katsavın o vaxtkı İran prezidenti Məhəmməd Xatəmi ilə əl sıxdığı görüntülər meydana çıxıb.
Moderator.az xəbər verir ki, bu haqda İsrailin "Jerusalem post" qəzeti yazıb.
Hazırkı durumda İran və İsrail prezidentlərinin yan-yana oturması, hətta əl sıxması demək olar ki, mümkün deyil.
Amma inanırsız ya yox, belə bir hal 21 il əvvəl baş vermiş və beynəlxalq mediada geniş şəkildə işıqlandırılmışdı. Bu, 8 aprel 2005-ci ildə Vatikanda baş vermişdi . O dövrdə prezident Moşe Katsav İsraili Papa II İohann Pavelin dəfn mərasimində, o vaxtkı prezident Məhəmməd Xatəmi isə İranı təmsil edirdi.
Oturacaqların düzülüşü əlifba sırası ilə, hər ölkənin adının sırası ilə idi. Beləliklə, İran və İsrail bir-birinin yanında oturmuşdular, baxmayaraq ki, əlifba sırası ilə İrlandiya və İraq aralarında yerləşmişdi.
Bu cür beynəlxalq toplantılarda adət hər iki tərəfdəki insanlarla əl sıxmaqdır. Bu halda, əl sıxma eyni sıradakı digər insanlara, eləcə də birbaşa öndə və arxada oturan insanlara şamil edilə bilər.
Hər necə olsa da, İsrail və İran prezidentlərinin əl sıxdıqları görüntülər var idi. Yeri gəlmişkən, Katsav İranda anadan olub və 5-6 yaşlarında ikən İsrailə gəlib.