Ekskluziv
272
07:44, Bu gün

"Mən prezident Trampdan çox İrana inanıram..." - Sabiq MKİ direktoru...+VİDEO

"Mən ABŞ prezidenti Donald Trampdan daha çox İrana etibar etməyə meylliyəm."
 
Moderator.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ-CİA) keçmiş direktoru Con Brennan "MS NOW" kanalında "The Weeknight"("Həftə içi gecəsi" proqramına müsahibəsində bildirib.
"Bu, Trampın həqiqət üzünə deyildiyi halda belə, onu qəbul edə bilməməsi ilə bağlıdır. Hazırda o, bu özünə qarşı özünün qurduğu fəlakətdən necə çıxacağını anlamaqda çətinlik çəkir. Buna görə də o, danışıqlarla bağlı açıqlamalar verəcək və iddia edəcək ki, guya iranlılar indi razılaşma istədikləri və razılaşmanın bizim şərtlərimiz əsasında bağlanacağını bildirən siqnallar göndərirlər. Düşünmürəm ki, bu açıqlamada həqiqətə yaxın bir şey var", - deyə sabiq CİA direktoru vurğulayıb.

Qeyd edək ki, təqaüddə olan briqada generalı Stiven Anderso da keçmiş CİA rəhbəri ilə yanaşı eyni kanala müsahibəsində Trampın İran savaşı ilə bağlı siyasəti barədə oxşar fikirlər səsləndirib.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər