Məlum olduğu kimi, Ermənistan Avropa Sülh Fonduna üçüncü dəfə müraciət edərək ondan hərbi ehtiyaclar üçün yardım istəyib.
Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ermənistan regionda baş verən hadisələrdən qorxuya düşüb. İşğalçı ölkədə iki min nəfərlik ABŞ əsgəri var. Onlar Amerika səfirliyində fəaliyyət göstərirlər. Bu da Ermənistanı İranın legitim hədəfinə gətirib çıxaran addımlardandır.

Digər tərəfdən, qarşıdan seçkilər gəlir və Paşinyanın rəqibi Robert Koçaryan kimi təhlükə saçan tülküdür. Hətta Rusiyanın Ermənistanda aranı qatmaq, seçki ərəfəsində vətəndaş müharibəsi yaratmaq, Paşinyanı postundan devirmək kimi iddialar ortalıqda dolaşır.
Görünən odur ki, Ermənistan silah yardımlarını bu addımlar üçün istəyir. Eyni zamanda, 44 günlük müharibədən sonra Ermənistan öz hərbi texnikalarının xeyli hissəsi itirdi. İndi İrəvan onların bir qisminin yerini doldurmağa çalışır”.
Seymur ƏLİYEV