Putinin milyarder desantının partiyasının seçki təbliğatçıları Laçınla sərhədə gəldi...-FOTO
Ekskluziv
462
13:13, Bu gün

Putinin milyarder desantının partiyasının seçki təbliğatçıları Laçınla sərhədə gəldi...-FOTO

Ermənistanın Azərbaycanın Laçın rayonu ilə sərhəd ərazisində yerləşən Dığ və Gorunzur kəndlərinə "Güclü Ermənistan" partiyasının seçki təbliğatçıları gəlib. Onlar sakinləri partiyanın platformasındakı iqtisadi və təhlükəsizlik addımları ilə tanış ediblər.
 
Moderator.az xəbər verir ki, bu haqda tert.am nəşri məlumat yayıb.
 
Sözügedən partiyanın təbliğatçı üzvlərindən biri olan Artur Mikaelyan sosial şəbəkədə belə yazıb:
 
"Sünikin Tex(Dığ-S.L.) icmasının Kornidzor(Gorunzur-S.L.) kəndində soydaşlarımız "Güclü Ermənistan" partiyasının iqtisadi və təhlükəsizlik addımları ilə tanış oldular. Kənddə təhlükəsizlik xüsusilə vacibdir: Kornidzor isə sərhəd kəndidir. Bir şey aydındır: hamımız - xalqımız, sülh istəyirik, amma sabit, uzunmüddətli və zəmanətli bir sülh istəyirik. Artıq zəif olmayacağıq..."
 
Xatırladaq ki, “Güclü Ermənistan” partiyasının lideri hazırda Ermənistanda həbsdə olan Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəri, Rusiya vətəndaşı Samvel Karapetyandır. O, işğalçı Rusiya diktatoru Vladimir Putinin qərbmeyilli sayılan Paşinyan hakimiyyətinin ilk növbədə iyun ayında gözlənilən parlament seçkilərində rusiyapərəst müxalifətin qələbəsi nəticəsində yıxılmasını təmin etmək məqsədi ilə qonşu ölkəyə yolladığı milyarder desantıdır...  
 
Bu - əslində Rusiya partiyasının Azərbaycanla sərhəd ərazidə yerləşən məntəqələrə təbliğatçı göndərməkdə məqsədi isə oradakı erməni sakinləri Gürcüstanın İvanişvili rejimi kimi “hakimiyyətə gəlməyəcəkləri təqdirdə Azərbaycanın guya müharibəyə başlayacağı və bu əraziləri də öz tərkibinə qatacağı” ilə qorxutmaqdır. Görəsən, Rusiyanın Azərbaycandakı “5-ci kalonu” seçki kampaniyasında Köçəryan-Sərkisyan-Karapetyan revanşist rusiyapərəst üçlüyünü dəstəkləmək üçün Ermənistana gedəcək təbliğatçı qruplar hazırlamayıb ki?..
  
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər