“Təbriz kimi Urmiya da dəhşət dərəcədə bombalanır...- İsrailin məqsədi nəsə başqa şeydir...”-Güneyli araşdırmaçı
Ekskluziv
2959
24 Mar 2026 | 11:21

“Təbriz kimi Urmiya da dəhşət dərəcədə bombalanır...- İsrailin məqsədi nəsə başqa şeydir...”-Güneyli araşdırmaçı

“İsrail iddia edir ki, guya İranda yalnız hərbi hədəfləri vurur. Amma bu, doğru deyil. Netanyahu getdikcə öz məqsədlərinə çata bilmədiyini görüncə əslində dinc insanları hədəfə alır...”
 
“ABŞ və İran arasında hansısa danışıqların aparılması və ya aparılacağı hələ də dəqiq bəlli deyil. Həm də ona görə ki, Trampın da çox dediyinə inanmaq və istinad etmək mümkün deyil. “Kim kiminlə görüşəcək, nələr danışılacaq? Bunu iranlılar, yoxsa amerikalılar istəyir? Guya danışıqlarda müzakirə olunacaq 15 şərt nələrdən ibarətdir?” kimi suallara da aydın cavab yoxdur. Danışıqlarda Türkiyə, Pakistan və Misirin vasitəçilik etdiyi bildirilir.” 
 
Bunu Moderator.az-a açıqlamasında Güney Azərbaycanlı jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, jurnalist, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi “İranla ABŞ arasında danışıqların olub-olmaması və ya olacağı haqda hansısa dəqiq məlumatınız varmı?” sualını cavablandırarkən söyləyib.
 
“Trampın İranla bu danışıqlarının öncəki danışıqlar kimi bir aldatma da olması mümkündür ki, bununla bazar göstəriciləri ilə oynanılsın və yaxud deyilən 5 gün ərzində Tripolidən və ya Cənub-Şərqi Asiyadan strateji hərbi qüvvə və texnikaların İran yaxınlığına gətirilməsinə vaxt qazandırılsın”, - deyə davamında güneyli araşdırmaçı diqqətə çatdırıb.
 
“Urmiyadan, Təbrizdən, Ərdəbildən nə xəbəriniz var? Son günlər yaralananlar, həlak olanlar hansı saydadır? Urmiyada bombalanma zamanı 6 uşağın ölməsi doğrudurmu?” suallarına isə Rıza Talebi belə cavab verib:
 
“Son günlər Təbriz kimi Urmiya da dəhşət dərəcədə bombalanır. Və təəssüf ki, vurulan hədəflər arasında mülki obyektlər və yaşayış binaları da var, xeyli sayda insan da həlak olub. Bu çox dəhşətvericidir. İsrail iddia edir ki, guya İranda yalnız hərbi hədəfləri vurur. Amma bu, doğru deyil. Netanyahu getdikcə öz məqsədlərinə çata bilmədiyini görüncə əslində dinc insanları hədəfə alır. Eyni zamanda əsasən İraqla sərhəddəki sərhəd zastavaları vurulur. Həmçinin şəhərlərdə iğtişaşlara şərait yaratmaq məqsədilə polis məntəqələrini də bombalayırlar. Belə nəticəyə gəlinir ki, xüsusən Urmiyada bu bombardmanlardakı əsil məqsəd başqa şeydir.  Urmiyada  İsrailin zərbələri nəticəsində 6 uşağın öldürülməsi haqdakı xəbərin nə dərəcədə doğru olduğunu mən də aydınlaşdıra bilməmişəm. Lakin xeyli sayda mülki şəxsin dünyasını dəyişməsi doğrudur...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər