Ekskluziv
493
08:48, Bu gün

"İran rejimin devrilməsi bir neçə ay və ya bir il sonra baş verəcək..."-"Mossad" rəhbəri

"Mossad" rəhbəri Devid Barnea müharibədən öncə ölkə rəhbərliyinə hesabat təqdim edərək bildirib ki, İrandakı rejimin devrilməsi təxminən bir il çəkə bilər və bu proses asan olmayacaq. İnsanların dərhal küçələrə çıxmaları gözlənilməməlidir; etirazlar yalnız müharibədən və rejimin zəifləməsindən sonra mümkündür.

Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.

"Rejimin devrilməsi yalnız kampaniyanın son mərhələsində, bir neçə ay və ya bir il sonra baş verəcək. Bu, ümumiyyətlə, Amerika kəşfiyyatının müharibədən əvvəlki qiymətləndirməsi ilə uyğun gəlir - Trampa İranla müharibənin asan olmayacağı və istənilən məqsədlərə gətirməyə biləcəyi barədə xəbərdarlıq edilib".

Bunu İsrailin "Mako" nəşrinin hərbi icmalçısı Nir Dvori deyir. 

"Maariv"in hərbi icmalçısı Avi Aşkenazi isə planın belə də olduğunu yazır:

"Kim deyir ki, məqsəd İrandakı rejimi devirmək olub? Heç də yox - məqsəd rejimi zəiflətmək idi.
Əhalini istənilən nəticəyə - müharibənin və atəşin bir il davam etməsinə və ya Trampın hər şeyi dayandırmaq qərarına hazırlayırlar.

Nəticə etibarilə, Tramp tələblərini də azaldır - raket və nüvə proqramlarına son qoymaqdan tutmuş Hörmüz boğazının açılmasına qədər.."

S.Laçın

 

Link kopyalandı!
Son xəbərlər