Təbrizdə ABŞ-İsrail bombardmanından sonra bir ailədən salamat qalan 1 yaşlı qız dağıntılar altından xilas edildi...+VİDEO
Ekskluziv
888
07:43, Bu gün

Təbrizdə ABŞ-İsrail bombardmanından sonra bir ailədən salamat qalan 1 yaşlı qız dağıntılar altından xilas edildi...+VİDEO

Təbrizdə Qırmızı Aypara xilasedicilərinin səyləri sayəsində İsrail və Amerikanın amansız avia, yaxud raket zərbələrindən sonra yaşayış binasının dağıntıları altından Helma adlı azyaşlı uşaq möcüzəvi şəkildə xilas edilib.
Moderator.az xəbər verir ki, bu haqda "Tasnim" kanalı məlumat yayıb.
Məlumata görə, martın 23-də - bazar ertəsi səhəri Təbrizdə yaşayış məntəqəsinə Amerika raketi atılıb. Raket atıldıqdan sonra bir ailənin dörd üzvü öz evlərində şəhid olub. Ailənin yeganə sağ qalan üzvü onların bir yaşlı qızı Helmadır.
"Bu videoda Helmanın xilasetmə əməliyyatından nəfəskəsici anların şahidi ola bilərsiniz. Qırmızı Aypara xilasediciləri bu məsum uşağı xəstəxanaya çatana qədər  nəvazişiə sakitləşdirməyə çalışırlar",- xəbərdə belə deyilir.

 

S.Laçın
Link kopyalandı!
Son xəbərlər