Ukrayna müharibəsinin Rusiya iqtisadiyyatını böhran həddinə çatdırdığı, xüsusilə bu ilin əvvəlindən daha da kəskinləşdiyi daha çox aylıq maaşların, ödənişlərin verilməsində ləngimələrin artması ilə müşahidə olunur. Artıq Rusiya əyalətlərində və işğal altında olan ərazilərdə fəhlələr, sıravi işçilər etiraz mitinqləri keçirirlər.
“Murmansk seyças” yerli kanalın verdiyi məlumata görə Murmanskda onkoloji dispanserin tikintisində çalışan “Torion” tikinti firmasının fəhlələri tikinti meydançasında tətil elan edərək qiyam qaldırıblar. Qiyam polis və Rosqvardiya əməkdaşları ilə əlbəyaxa davaya keçib. Həftə ərzində maaşların veriləcəyinə söz verilsə də hələ də fəhlələr pullarını ala bilməyiblər.
Teleqram kanalların məlumatına görə belə hallara işğal olunmuş Mariupolda da tez-tez rast gəlinir.
Rusiya iqtisadiyatında yaranmış böhrandan çıxış yollarını axtaran Duma üzvləri xaricə gedən Rusiya vətəndaşlarından vergi tutulması təklifi ilə çıxış ediblər. Təklifi irəli sürən Dövlət Dumasında turizm məsələləri üzrə komitənin başçısı Sanhaci Tarbayev bildirib ki, bu həm də ölkədaxili turizmin inkişafına səbəb olmaqla yanaşı iqtisadiyat üçün də effektli olacaq. Komitə sədri bildirib ki, 2024-də rusiyalılar xaricdə istirahət etmək üçün 700 milyard rubl xərcləyib. O, bu məbləğin ölkə daxilində qalmasının üstünlüklərini göstərib. Sorğu nəticəsində məlum olur ki, Rusiya vətəndaşları üçün əsas problem gəlirlərinin çox aşağı olmasıdır. Baxmayaraq ki, rəsmi statistika vətəndaşların gəlirlərinin artdığını deyir. Reallıqda isə sürətli bahalaşma bu artmı kölgədə qoyur. Mərkəzi Bankın sifarişi ilə aparılan müntəzəm sorğulardan aydın olur ki, əhalinin 5-7 %-nin hətta yeməyə belə pulu çatmır.
Moderator.az