Ekskluziv
728
13:44, Bu gün

"İran müdafiədən hücuma keçir: yeni silahlar sürprizlər gətirəcək" - "Tasnim" agentliyi

 
"Rəsmi açıqlamalara görə, artıq müdafiə mərhələsi bitir, döyüş strategiyası dəyişir..."
 
İranl artıq hərbi doktrinasını dəyişərək müdafiədən hücuma keçdiyini elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi yazıb.
 
Tehran kursu dəyişir: müdafiədən hücuma
 
İran Silahlı Qüvvələrinin birləşmiş komandanlığının rəhbərlərindən biri, general Əli Əbdullahi bəyan edib ki, İran ordusu döyüş meydanında yeni taktiki yanaşmalar tətbiq edir və bu dəyişikliklər artıq hiss olunmağa başlayıb.
 
General vurğulayıb ki, ölkə müasir və qabaqcıl silahların istehsalını genişləndirib və bu silahlar rəqibin hesablamalarını alt-üst edəcək. O, qeyd edib ki, bu proses davam edəcək və yaxın zamanda döyüş meydanında daha çox "gözlənilməz sürprizlər" olacaq.
 
Yeni dronlar və uzaqmənzilli zərbələr
 
İran hərbi dairələri eyni zamanda son hücumların detalları barədə də məlumat verib. Bildirilib ki, İsrailin Ben-Qurion hava limanına zərbə əsasən "Arash-2" tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Rəsmi açıqlamalara görə, bu dronlar aşağı radar görünüşlüyünə malikdir və hava hücumundan müdafiə sistemlərini asanlıqla aşa bilir.
 
Onların uçuş məsafəsi təxminən 2 min kilometrə çatır və yüksək dəqiqliklə hədəfi vurmaq qabiliyyətinə malikdir.
Bundan əlavə, "Arash-2" dronlarının nisbətən ucuz olması və qısa müddətdə kütləvi istehsal imkanları İran ordusuna geniş miqyaslı hücumlar həyata keçirmək üstünlüyü verir.
 
Strateji hədəflər və mesaj
 
İran tərəfi Ben-Qurion hava limanını strateji hədəf kimi qiymətləndirir. Bildirilir ki, bu obyekt həm hərbi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır və İsrailin əsas logistik mərkəzlərindən biridir.
 
Beləliklə, Tehran açıq mesaj verir: ölkə artıq yalnız müdafiə olunmaqla kifayətlənməyəcək, hücum imkanlarını genişləndirərək müharibənin gedişinə birbaşa təsir etməyə çalışacaq. Bu isə regionda eskalasiyanın daha da dərinləşəcəyindən xəbər verir.
Link kopyalandı!
Son xəbərlər