2200 dolarlıq hədəfə 2 milyon dollarlıq atəş: ABŞ yeni problemlə üz-üzə!
Ekskluziv
488
11:13, Bu gün

2200 dolarlıq hədəfə 2 milyon dollarlıq atəş: ABŞ yeni problemlə üz-üzə!

İranın istehsal etdiyi dronlar təxminən 2200 dollar qiymətindədir ki, ABŞ bu dronları məhv etmək üçün əksər hallarda “Patriot” sistemlərindən atəş açmaq məcburiyyətində qalır. Hansı ki, “Patriot”dan atılan bu mərmilərin də hər biri 2 milyon dollar dəyərindədir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, ucuz hədəflərə qarşı bahalı mərmilərdən istifadə ABŞ müdafiə sisteminin əsas qüsurlarından biri kimi qiymətləndirilir. Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə ucuz hədəflərin məhvi üçün ucuz sistemlərin tətbiqinə nail olunmasa, bu, ABŞ hərbi büdcəsi üçün əsl fəlakətə çevrilə bilər.

Məlumat üçün qeyd edək ki, hazırda ABŞ ordusu bu problemin üzərdə çalışmaqda, eyni zamanda Ukrayna ordusunun anti-dron təcrübəsini öyrənməkdədir.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər