İran müharibəsi ABŞ və İsrail üçün getdikcə daha ağır “başağrısına” çevrilir
Ekskluziv
647
10:28, Bu gün

İran müharibəsi ABŞ və İsrail üçün getdikcə daha ağır “başağrısına” çevrilir

Məlum olduğu kimi, İsrailin baş naziri Benjamin Netanyahu Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb. Netanyahu bu çağırışını İranın Avropa ölkələrinə də raket zərbəsi endirə biləcəyi ilə izah edib.

Şübhəsiz, Netanyahunun bu izahı məntiqdən uzaqdır və sadəcə Avropa dövlətlərini qoruxudub onların da müharibəyə qoşulmasını təmin etməyə hesablanıb. Halbuki, Avropa dövlətlrinin müharibəyə qatılması üçün heç bir əsas yoxdur.

Birincisi ona görə ki, İran heç bir Avropa dövləti üçün təhdid təşkil etmir və onların heç birinə raket zərbəsi endirməyib.

İkincisi, Avropa dövlətləri müharibəyə qatılacaqları təqdirdə İran üçün hədəf ola bilərlər ki, bu da heç bir ölkəyə lazım deyil.

Üçüncüsü, ABŞ və İsraillə ağır müharibə aparan, habelə regiondakı ABŞ bazalarına da mütəmai raket zərbələri endirən İranın Avropaya savaş açmaq üçün gücü yoxdur. Bu, İranın imkanları xaricindədir. Belə olan halda Avropa dövlətlərini İran amili ilə qorxutmağın əsassız olduğu göz önündədir.

Əslində İsrailin Avropa dövlətlərinə məlum çağırışı onun və müttəfiqi Amerikanın İran müharibəsində düşdüyü çətin vəziyyətdən irəli gəlir. İranın müharibənin elə ilk günlərində təslim olacağını, müqavimət göstərmək imkanından məhrum ediləcəyini düşünən müttəfiqlər, müharibənin uzanması ilə həm hərbi, həm də maliyyə baxımından ciddi çətinliklərlə qarşılaşıblar. Müharibənin hər günü müttəfiqlərə on və ya yüz milyonlarla dollara başa gəlir ki, bu da Amerika və İsrail cəmiyyətində hökumətə olan təzyiqin artmasına səbəb olur. Bundan başqa, İsrail İran raketlərinin hədəfinə çevrilib ki, bu da ölkə ərazisində ciddi dağıntı və itkilərlərlə müşahidə edilməkdədir. Məhz bu səbəbdən də müttəfiqlər digər ölkələri də hərbi əməliyyatlara cəlb etməklə müharibənin yükünü  onlar arasında bölməyə, maliyyə məsrəflərini qismən də olsa azaltmağa və İranın məğlubiyyətini sitimullaşdırmağa çalışırlar. Lakin proseslərin gedişatı açıq şəkildə göstərir ki, heç bir Avropa dövləti bu müharibədə aktiv şəkildə iştirak etməkdə, öz xalqının pulunu uzaq coğrafiyadakı hərbi əməliyyatlara xərcləməkdə maraqlı deyil. Bu isə o deməkdir ki, İran mühasribəsi ABŞ və İsrailin sadəcə həbi arsenalını deyil, həm də büdcəsini qeyri-məyyən müddətə qədər “yeməkdə” davam edəcək.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər