Ekskluziv
465
09:53, Bu gün

"Biz İsrail üçün ölmək istəmirik!"- ABŞ ordusunda Trampın strategiyasından narazılıq artır...- "HuffPost" 

"Amerika hərbi qulluqçuları getdikcə ABŞ prezidenti Donald Trampın İrana qarşı müharibə strategiyasından narazılıqlarını daha çox ifadə edir və Vaşinqtonun aydın bir plan və ya anlaşılan bir məqsəd olmadan münaqişəyə cəlb olunmasından ehtiyat edirlər."
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bunu məşhur Pakistan əsilli jurnalist Əkbər Şahid Əhməd "HuffPost" nəşir üçün hazırladığı məqalədə yazır.
Məqalənin başlığına ABŞ hərbçilərinin dediklərindən sitat qoyulub: "Biz İsrail üçün ölmək istəmirik - biz siyasi "peşka"lar olmaq istəmirik." 
 
Məqalənin mətninə əsasən, bu ifadəni gənc zabitlərə məşğələlər keçən  və ABŞ ordusunun ehtiyatda olan veteran qadını eşidib.
 
"HuffPost"-a görə, qoşunlar arasında əsas məyusluq mənbəyi Amerikanın bu müharibəni hansı səbəblərdən aparması və onun son məqsədlərinin nə olduğu ilə bağlı əsaslandırmanın olmaması və ya daim dəyişən olmasıdır. Məqalənin xülasəsində deyilir ki, hərbçilərin bir hissəsini ruhdan salan məhz müharibə üçün aydın və ardıcıl izahatın olmamasıdır.
 
 Ehtiyatda olan sözügedən zabit son iki həftə ərzində 6 dəfə əqidəsinə görə ordunu tərk edən şəxslərin statusu ilə bölüşməli olduğunu söyləyib və əlavə edib: "Təxminən 20 illik xidmət müddətində heç vaxt insanların bu mövzuda mənə bu qədər tez-tez müraciət etməsi olmayıb."
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər