“Meyxana deməyimlə öyünməmişəm, bu müvəqqəti əyləncədir”-Mahir Cürətin səhhəti necədir? - AÇIQLAMA+ÖZƏL
Ekskluziv
430
13:25, Bu gün

“Meyxana deməyimlə öyünməmişəm, bu müvəqqəti əyləncədir”-Mahir Cürətin səhhəti necədir? - AÇIQLAMA+ÖZƏL

“Səhhətim şükür Allaha yaxın keçmişə baxanda indi demək olar ki, yaxşıdır. Bir il səkkiz aydır müalicələrim bitib. Həkim nəzarətindəyəm, yazdığı elə dərmanlar var ömrümün axırına qədər içməliyəm ki, ağrılarım olmasın”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı, qəzəlxan Mahir Cürət deyib.

O daha sonra sənətdə həvəsdən düşmədiyini bildirib:

“Mən qətiyyən həvəsdən düşməmişəm. Həvəsdən düşmək nə deməkdir? Mənə Allah kiminsə, nəyinsə xatirinə istedad verməyib ki, həvəsdən düşüm. Doğulandan ölənə kimi bu vəzifəni mənə Allah verib ki, onun quran ayə və surələrini öyrənib, şeirlərlə insanlara öyrədim. Bu bir həqiqətdir. Əlbəttə həllini tapmayan müəyyən çətinliklər var. Onlar da zaman-zama düzələcək. Adam var qabında heç nə yoxdur. Adam da var ki, heç qabı da yoxdur. Çox çətin olduğuna görə istər gənc, istər ahıl insanlar əruzu, yazılı ədəbiyyatı tam mənimsəməmək iqtidarında deyil” deyə qəzəlxan bildirib.

Mahir Cürət bildirib ki, meyxana sənət deyil, peşədir:

“Heç vaxt meyxana deməyimlə öyünməmişəm. Yazılı ədəbiyyat başqadır. Meyxana müvəqqəti əyləncədir. Özü də meyxana sənət deyil, peşədir” deyə Mahir Cürət bildirib.

Link kopyalandı!
Son xəbərlər