Folklorşünasdan sərt ETİRAZ: “Nə papaq atma, nə də qapı pusma adətini yığışdıra bilməcəyəksiz”-FOTO+ÖZƏL
Ekskluziv
826
21:04, Bu gün

Folklorşünasdan sərt ETİRAZ: “Nə papaq atma, nə də qapı pusma adətini yığışdıra bilməcəyəksiz”-FOTO+ÖZƏL

Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova son günlər sosial şəbəkədə müzakirə olunan qapı pusmma və papaq atma adətlərinin köklərindən danışıb.

Moderator.az -a açıqlama verən folklorşünas bildirib ki, milli adət ən-ənələrimizi yaşatmaq hər kəsin borcudur:


“Qapı pusmaq Azərbaycan xalqının qədim adətlərindən biridir. Adətən Novruz bayramı ərəfəsində icra olunur. Çox maraqlı folklor ən-ənəsidir. Qapı pusma deyəndə biz kiminsə evinin, ailəsinin danışdığı söhbəti dinləmək kimi bir niyyətdən danışmırıq. Bu əslində illərin süzgəcindən keçib gəlmiş bir adətdir. O vaxt qapı pusma mərasimində adətən gənc və orta yaşlı xanımlar, bəzi hallarda isə nənələr iştirak edərdilər. Çox az hallarda olurdu ki, kişilər də qapı pussunlar. Onlar qapı arxasında gizlənərək ilk eşitdikləri sözü yozurdular. Onlar sözün, cümlənin davamını dinləmirdilər. Əgər bunu dinləsəydilər bu böyük mədəniyyətsizlik kimi qəbul oluna bilərdi. Bu çox normal bir ən-ənədir. Düşünürəm ki, hər bir gənc öz gələcək taleyini və yaxud da ürəyində olan arzunun yerinə yetib yetmədiyini bilmək istəyir. Hətta o vaxt bilirdilər ki, kimlərsə qapı pusmağa gələcək, qapının arxasını bağlamırdılar, işıqlar söndürülmürdü və pis nələrsə danışmırdılar. Hətta analar uşaqların ağlamasına belə icazə vermirdilər. Görün nə qədər mədəni bir folklor ən-ənəsidir. Mənim yadımdadır, nənələrimiz çölə su atardılar ki, arzu edənlərin üstünə su dağılsın və niyyətləri çin olsun. Burada heç bir qəbahət iş yoxdur. Heç kəs xalqın illərdir düşüncəsində formalaşdırıb gətirdiyi ən-ənəni qadağa edib, sıradan çıxara bilməz. Biz desək də, deməsək də xalq gözünü açandan nəyi görübsə, nəyi ən-ənəyə çeviribsə onu da yaşadacaqdır. Bu kimi adətlərin qarşısını almaq olmaz. Çünki burada pis və narahatedici heç bir amil yoxdur” deyə folklorşünas bildirib.


İlhamə Qəsəbova bildirib ki, o vaxt bacadan şal sallayırdılar. İndi heç bir evdə baca olmadığı üçün qapıya torba yaxud da papaq atırlar:


“Keçmiş zamanlarda bizdə bacadan şal sallayırdılar. Düşünsək ki, o dövrlərdə bacalardan, damlardan şal və torba sallamaq mümkün idisə, bu gün o imkanlar yoxdur. Körpə uşaqlarımız qapıya gedib, döydükləri qapıya uşaq papaqları qoyardılar. Bəzi yerlərdə nənələr nəvələri üçün kiçik torbalar hazırlayardılar. Uşaqlar papa atma mərasimini çox böyük həyəcanla gözləyirlər. Bu adəti böyüklər yox, müəyyən yaş həddinə qədər olan uşaqlar icra edir. Hətta 11-ci sinfə çatmış yeniyetmələr belə etmir. O vaxt qapıları da bağlamırdılar ki, uşaqlar rahat gəlib bayram paylarını götürsünlər. Bu ən-ənənin içərisində ən gözəli həm də bölüşmək, paylaşmaqdır.

Elə ailələr var ki, imkansızlıqdan bəlkə də bayrama hazırlaşa bilmirlər. Bu da bir növ sevindirici haldır ki, bölüşürlər, paylaşırlar. Bəzən isə uşaqsız ailələr var ki, onlar balacaların qapılarına papaq atması ilə sevinirlər. Bu ən-ənəni də yığışdıra bilməzlər. Bu nə dilənçilik deyil, nə də ayıb sayılan bir hərəkət deyil. Bayramın ən gözəl ən-ənəsidir desəm yanılmaram” deyə folklorşünas bildirib.

Link kopyalandı!
Son xəbərlər