“İranın nüvə obyektlərinə endirilən zərbələr fəlakətə yol aça bilər”
Ekskluziv
892
18:59, Bu gün

“İranın nüvə obyektlərinə endirilən zərbələr fəlakətə yol aça bilər”

ABŞ-İsrail koalisiyası ilə İran arasında cari ilin 28 fevral tarixində başlayan müharibə davam edir. Bu gün ABŞ  Natanz nüvə obyektinə bunker əleyhinə bomba ilə zərbə endirib ki, bu, Pentaqonun nüvə obyektlərinə endirdiyi ilk zərbə deyil. ABŞ bundan öncə də İrandakı bir neçə nüvə obyektinə zərbələr endirib, dağıntılar törədib.

Maraqlıdır, ABŞ-ın nüvə obyektlərini hədəf alması regionda nüvə fəlakətinə, radiasiya sızmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu cür zərbələrin olduqca təhlükəli olduğunu, bütün regionun təhlükəsizliyini təhdid etdiyini bildirib:

“Şübhəsiz ki, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi bu cür zərbələr olduqca təhlükəlidir və bu, regionda nüvə fəlakətinə yol aça bilər. Radiasiya sızıntısı ola bilər ki, bu dü minlərlə, on minlələrlə insanın həyatı üçün faciəvi nəticələrə yol aça bilər. Ümumiyyətlə, unutmaq olmaz ki, nüvə məsələsi ilə heç bir halda, heç bir şəkildə “zarafat etmək” olmaz.

İranın nüvə obyektlərində hər hansı sızıntı olarsa, bu, sadəcə İranda deyil, digər ölkələrdə də ağır fəsadlara yol aça bilər. Çernobıldakı radiasiya sızıntısı buna nümunədir. Bu gün də Çernobılda, ona yaxın bəzi yerlərdə yaşayış yoxdur. Çünki elə nüvə izatopları var ki, onların zərərsizləşməsi üçün 30 min il vaxt lazımdır.

Bütün bunlar onu deməyə əsas verir ki, İranla bağlı vəziyyət kifayət qədər həssasdır və regionda hər an böyük bir fəlakət yaşana bilər”.

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər