İranın 10 min hərbçi itirdiyi iddia edildi...-Pezeşkianın müavininə də sui-qəsd oldu...
Ekskluziv
271
07:37, Bu gün

İranın 10 min hərbçi itirdiyi iddia edildi...-Pezeşkianın müavininə də sui-qəsd oldu...

 İsrail və ABŞ-nin raket və aviasiya hücumları nəticəsində indiyədək İran Silahlı Qüvvələrinin ən azı 5000 hərbçisi ölüb, 15000-dən çoxu yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu haqda İranın müxalif telegram-kanalları məlumat yayıb.
 
Bildirilib ki, itkilərin böyük miqyasına baxmayaraq, İran rəhbərliyi və yerli media məsələ ilə bağlı hələlik heç bir rəsmi statistika dərc etməyib. Məlumata görə, İranın canlı qüvvəsinin əhəmiyyətli hissəsi İsrail və ABŞ-nin raket və PUA bölmələrinə endirdiyi hava zərbələrində həlak olub. Hava zərbələrində ən çox itkini İnqilab Keşikçiləri ("SEPAH"), “Bəsic” və polis qüvvələrinin bölmələri verib.
 
İsrail mənbələrinin məlumatına görə, İran 10 mindən çox hərbçi itirib.

Bu arada İranın birinci vitse-prezidenti, başqa sözlə, prezident Məsud Pezeşkianın müavini  Məhəmməd Rza Arifə qarşı da uğursuz sui-qəsd olduğu bildirilib.

Hücum Arifin Şəhidlər Fondunu ziyarət etməsindən sonra baş verdiyinə görə o, həyatda qalıb.

S.Laçın

 
Link kopyalandı!
Son xəbərlər