Bizi sosial şəbəkələrdən izləyin:
İran tərəfi "Sadiq vəd- 4" əməliyyatının 61-ci dalğasında şəhid sayılan Təhlükəsizlik Şurasının katibi Əli Laricani, oğlu və yoldaşlarının qisasını almaq məqsədilə "Xürrəmşəhr 4", "Qədr", "Emad" və "Xeybərşəkan" raketləri ilə Təl-Əvivə zərbə endirdiyini bildirib.
Moderator.az xəbər verir ki, “Tasnim” xəbər agentliyinin telegqaym-kanalının yaydığı məlumata görə, “Xürrəmşəhr 4” və “Qədr” raketləri İsrailin mərkəzində "100-dən çox hərbi və təhlükəsizlik hədəfini heç bir müdaxilə olmadan uğurla vurub".
Sahə məlumatlarına görə, “SEPAH”-ın "bu ildırım sürətli hücumundan sonra Təl-Əvivin bəzi yerlərində elektrik enerjisi kəsilib və bu da daxili qüvvələrin vəziyyəti nəzarətdə saxlamasını və yardım göstərməsini çətinləşdirib". Bu hücumda İsrailin “ilkin itkilərinin 230-dan çox olduğu” iddia edilir.
S.Laçın
İra