09:19
10°C
Bakı
ABŞ Mərkəzi Komandanlığı ("CENTCOM") gecə saatlarında Amerika qüvvələrinin Hörmüz boğazı yaxınlığındakı İran sahillərində möhkəmləndirilmiş İran raket obyektlərinə bir neçə 5000 funtluq dərinliyə nüfuz edə bilən sursat atdığını bildirib (5000 funt təxminən 2,3 tondur).
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
"CENTCOM"-un bəyanatında bildirilir ki, bu obyektlərdə boğazda beynəlxalq gəmiçilik üçün təhlükə yaradan gəmi əleyhinə qanadlı raketlər yerləşdirilib.
Zərbə Hörmüz boğazında gəmiçilik üçün təhdidlərlə əlaqəli İran hərbi infrastrukturuna qarşı davam edən ABŞ əməliyyatının bir hissəsi olub.
S.Laçın