“Bu müharibənin Cənubi Qafqaza ciddi mənada təsiri olmayacaq”
Ekskluziv
296
20:41, Bu gün

“Bu müharibənin Cənubi Qafqaza ciddi mənada təsiri olmayacaq”

“İran müharibəsinin Cənubi Qafqaza ciddi mənada mənfi təsiri olmayacaq”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Cənubi Qafqaz, eləcə də Azərbaycan bu müharibədə hər hansı formada iştirak etmir və bununla bağlı mövqeyini daim açıq şəkildə dilə gətirib:

“Azərbaycan hər zaman bütün hərbi münaqişə və qarşıdurmalarda sülhpərvər mövqe tutub, problemlərin sülh yolu ilə, masa arxasında həllinə üstünlük verdiyini bildirib. Bu gün də dövlətimiz eyni humanist, sülhpərvər mövqeyi sərgiləməkdədir.

Bundan başqa, Azərbaycanda heç bir dövlətin hərbi bazası, hərbi kontingenti yoxdur və bundan sonra da olmayacaq. Bu mənada hansısa mərhələdə Azərbaycanın  bu müharibəyə cəlb edilmək ehtimalı yoxdur.

Buna baxmayaraq, Azərbaycan müharibənin ilk günündə olduğu kimi, bu gün də İrandakı müharibənin başa çatmasında, sülhün bərqərar olmasında maraqlıdır. Müharibənin bitməsi hamımızın arzusudur. Lakin müharibə davam edəcəyi təqdirdə, qeyd etdiyim kimi, bunun ölkəmizə ciddi bir təsiri olmayacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər