İran ordusu hədələdi:
Ekskluziv
268
07:33, Bu gün

İran ordusu hədələdi: "ABŞ Xarq adasına təcavüz edərsə, regionun bütün neft-qaz obyektlərini külə çevirəcəyik!.." 

Bəzi məlumatlara görə, artıq martın 17-ə keçən gecə saat 3-4 radələrində ABŞ qüvvələri Xarq adasına bir neçə sarsıdıcı zərbə endirib... Buna cavab olaraq İran da səhər saatlarında ABŞ-ın Bağdaddakı səfirliyinə və BƏƏ-nin neft terminallarına raket və dron zərbələri vurub...
 
İran Silahlı Qüvvələrinin sözçüsü Sərdar Şəkərçi bildirib ki, dünya İranın Amerika və İsrailə necə sarsıdıcı zərbələr endirdiyinin şahidi olur.
 
Moderator.az xəbər verir ki, bu haqda "Tasnim" nəşrinin telegram-kanalında məlumat yayılıb.  
Bəyanatı İran Silahlı Qüvvələrinin sözçüsü Sərdar Şəkərçi verib.
 
"Biz xəbərdarlıq edirik ki, cinayətkar Amerika Xarq adasına, onun obyektlərinə və neft terminalına təcavüz edərsə, ərazilərindən təcavüzün həyata keçirildiyi ölkələrin bütün neft və qaz obyektlərini külə çevirəcəyik", - deyə o, qeyd edib.
 
İsrail mediasının İranın müxalif kanallarına istinadla yaydığı məlumata görə, artıq martın 17-ə keçən gecə saat 3-4 radələrində ABŞ qüvvələri Xarq adasına bir neçə sarsıdıcı zərbə endirib.
 
Xatırladaq ki, martın 14-də Trampın əmri ilə Xarq adasında 90-a yaxın hərbi obyekt bombardmana məruz qalıb. "CNN"-in məlumatına görə, buna cavab olaraq İran da səhər saatlarında ABŞ-ın Bağdaddakı səfirliyinə və BƏƏ-nin neft terminallarına raket və dron zərbələri endirib. 
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər