ABŞ generalı Kiyevdə 1 litr çaça içdi- başı üstə yıxıldı... Məxfi sənədləri itirdi... 
Ekskluziv
698
07:09, Bu gün

ABŞ generalı Kiyevdə 1 litr çaça içdi- başı üstə yıxıldı... Məxfi sənədləri itirdi... 

Ukraynaya dəstəyin əlaqələndirilməsindən məsul olan amerikalı general Antonio Aquto Kiyevə səfəri zamanı bir ziyafətdə bir litr gürcü çaçası içdikdən sonra beyin silkələnməsi keçirib. Başqa bir dəfə isə o, məxfi sənədləri qatarda unudub.
 
ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişi general Antonio Aqutonun Ukrayna Silahlı Qüvvələrinin təlim və dəstəyini əlaqələndirən Visbadendəki Ukrayna Təhlükəsizlik Yardım Qrupunun ("SAG-U") komandiri olduğu 2024-cü ilin aprel və may aylarında baş verən hadisələri ətraflı izah edən bir hesabat yayımlayıb. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə "Obşestvennoye" kanalı məlumat yayıb.
 
İstintaq anonim şahid ifadələrinə əsaslanıb. Orada "SAG-U" qərargahındakı "zəhərli" atmosfer, eləcə də general Aqutonun 2024-cü ildə Ukrayna paytaxtına səfərinin təfərrüatları haqqında məlumatlar var.
Məlumata görə, 13 mayda, doqquz günlük səfəri zamanı o, Kiyevdə bir ziyafətdə iştirak edib və orada iki 500 millilitrlik şüşə gürcü çaçası(əsasən Gürcüstanda istehsal olunan və bəzən “üzüm vodkası” adlandırılan açıq sarı rəngli alkoqollu içki- S.L.) içərək sərxoş olub. Daha sonra Aquto yıxılıb və başı yerə dəyib. Növbəti gün onun alnında yıxılma nəticəsində qalan iz aydın görünüb. General həmçinin 14 mayda ABŞ-ın o vaxtkı dövlət katibi Entoni Blinken ilə görüşməli olsa da, halı özündə olmayıb. Aqutonun rəsmi görüşü ləğv etmək imkanı olub, lakin o, bundan imtina edib. Səfirliyə gedərkən o yenidən yıxılıb və bu dəfə çənəsini asfalt səkiyə vurub və pencəyini cırıb. Hesabatda deyilir ki, general Blinkenin görüşünə pırtlaşıq və "özündə olmayan bir halda gəlib. Görüş zamanı generalın davranışı qeyri-sabit olduğundan o, tibb müəssisəsinə göndərilib və orada ona beyin silkələnməsi diaqnozu qoyulub.
 
Müstəntiqlər Aqutonun yıxılmasının spirtli içki sərxoşluğundan qaynaqlandığı qənaətinə gəliblər. General həddindən artıq çaça istehlakının potensial nəticələrini nəzərə almayıb və bu miqdarda spirtli içki qəbul etmək üçün lazımi icazəyə malik olmayıb.
 
ABŞ generalı məxfi materialları necə itirib?..
 
Hesabatda generalın Ukraynaya bundan öncəki səfəri ilə bağlı başqa bir hadisənin təfərrüatları yer alır. 4 aprel 2024-cü ildə Aquto Ukrayna səfərindən qayıdaraq Almaniyaya çarter qatarı ilə gedərkən silindrik boruda olan bir dəst məxfi xəritə aparırmış.

Şahid bildirib ki, zabitlərdən biri silindri qatara aparıb. Lakin heç kim onun vaqondan necə çıxarıldığını görməyib. Məlum olub ki, general Aquto məxfi məlumatların yoxa çıxmasını yalnız Visbadendəki qərargaha qayıtdıqdan sonra bilib. Yaxşı ki, məxfi sənədlər itməyib: onlar tapılıb və Ukraynadakı ABŞ səfirliyinin nümayəndələri vasitəsilə təhvil verilib.

İttihamlara cavab olaraq general istintaqa xəritələrin müvəqqəti itirilməsinin məsuliyyətini öz üzərinə götürüb. Lakin o, onların qatara aparılmasına və oardan götürülməsinə görə məsuliyyət daşımadığını vurğulayıb.

Hesabatda həmçinin Aqutonun şəxsi heyəti "alçaltdığı" və qərargahda "zəhərli" mühit yaratdığı barədə ittihamlar da yer alıb.

Nəticədə 2024-cü ilin avqustunda general Ukrayna Təhlükəsizlik Dəstək Qrupunun komandanlığından imtina edib. Bir müddət sonra hərbçi tamamilə istefa verib.

S.Laçın

 

Link kopyalandı!
Son xəbərlər