İran müharibəsi ABŞ-la Qərb arasındakı ziddiyyətləri dərinləşdirib - TƏHLİL!
Ekskluziv
233
20:18, Bu gün

İran müharibəsi ABŞ-la Qərb arasındakı ziddiyyətləri dərinləşdirib - TƏHLİL!

Artıq ənənəvi müttəfiqlik praktiki müstəvidə mövcud deyil

28 fevral 2026-cı il tarixindən etibarən ABŞ və İsralin İrana hücumu ilə başlayan müharibə artıq iki həftədir ki, davam edir. Bütün gözləntilərin əksinə olaraq, İran nəinki dağıdıcı raket hücumları qarşısında dayanmağı bacarıb, həm də ABŞ-İsrail koalisiyasına qarşı uğurlu əks-hücumlar təşkil etməkdədir ki, bu da dünya dövlətlərinin məlum müharibəyə yanaşma tərzində də ciddi dəyişikliklərə yol açmaqdadır.

Hazırda İran-ABŞ müharibəsi fonunda nəzər çarpan ən mühüm nüanslardan biri Ağ Evlə Qərb arasındakı ziddiyyətlərin sürətlə genişlənməsi, bəzi hallarda açıq meydan oxumalarla əvəzlənməsidir.

Xatırladaq ki, ikinci dəfə hakimiyyətə gələndən sonra Rusiya-Ukrayna müharibəsinə ABŞ-ın biznes maraqları baxımından yanaşan və Ukraynaya təmənnasız silah tədarükündən imtina edən Tramp, NATO məsələsində də eyni fərqli yanaşmanı ortaya qoydu. Donald Tramp bildirdi ki, NATO ABŞ-dan çox Avropa dövlətlərinə lazımdır və buna görə də Qərb NATO-nun saxlanılmasına daha çox vəsait sərf etməlidir.

Trampın NATO və Ukrayna məsələsinə bu cür yanaşması, ABŞ-la Qərb arasında siyasi-diplomatik müstəvidə ilk ciddi qarşıdurmaya səbəb oldu ki, bu da Avropa dövlətlərinin Ağ Evə olan inamının sarsılması ilə nəticələndi.

Tramp həmçinin Rusiya təhlükəsinin ABŞ deyil, Avropa üçün real olduğunu vurğulamaqla Ukraynaya ölkəsinin deyil, Qərb dövlətlərinin yardım göstərməli olduğunu qeyd etdi. Bununla da, ABŞ Avropanı daha bir strateji mübarizədə tək qoydu ki, bu da bəzi Qərb dövlətlərinin anti-Amerika bəyanatları ilə nəticələndi və Avropa dövlətlərinə artıq ənənəvi müttəfiqləri olan Vaşiqntona etibar etməyin mümkün olmadığını göstərdi.

Bu gün İran müharibəsində dalanan dirənən və Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyni təmin etmək, müharibənin yükünü bölüşmək və daha əzəmətli görünmək üçün Qərbin dəstəyinə ehtiyac duyan Tramp, Avropa dövlətləri tərəfindən bir-birinin ardınca rədd edilməkdədir. Başqa sözlə desək, ABŞ Avropanı Ukrayna müharibəsi və NATO-nun maliyyələşməsi məsələsində necə məyus etmişdirsə, Avropa da Vaşinqtonu eyni amansızlıqla İran müharibəsinə yanaşması ilə məyus etməkdədir. Avropa nəinki ABŞ-ın İrana qarşı müharibəsində aktiv hərbi əməliyyatlarda iştirak etmək istəmir, hətta, təhlükəsizliyin təmini, logistika dəstəyi və s. kimi məsələlərdə də yer almaq niyyətindən uzaqdır.

Nümunə üçün qeyd edək ki, bir müddət öncə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez ölkəsinin ABŞ ordusu ilə hərbi əməkdaşlıq edəcəyinə dair iddiaları təkzib edib:

“Mən bunu qəti şəkildə inkar edirəm . İspaniya hökumətinin Yaxın Şərqdəki müharibə, İranın bombalanması və bazalarımızın istifadəsi ilə bağlı mövqeyi heç də dəyişməyib”.

İİtaliya Baş naziri Ciorcia Meloni İranın Minab şəhərində qızlar məktəbinə raket zərbəsini qınayıb və bildirib ki, “bu faciəyə görə məsuliyyət daşıyanların tezliklə müəyyən edilməsini tələb edirəm”.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib. Boris Pistorius nümayişkəranə şəkildə bildirib ki, bu, Almaniyanın müharibəsi deyil:

“Tramp bir neçə Avropa freqatının ABŞ-ın güclü donanmasının edə bilmədiyi işi görə biləcəyini gözləyir? Bu bizim müharibəmiz deyil və biz başlamamışıq”.

NümunələrdƏn də məlum olduğu kimi, ABŞ-ın İran müharibəsində Avropanın dəstəyinə olan gözləntiləri sabun köpüyü kimi ortadan qalxmaqdadır. Belə olan halda bir sual hər ötən gün daha çox aktuallıq əldə edir: ABŞ Avropasız İran müharibəsində qalib gələ və Qərbin dəstəyi olmadan da qələbəni təmin edəcək qədər güclü olduğunu isbatlaya biləcəkmi?

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər