İran Ukraynanı vurarsa: Xəzər üzərindən zərbə regionu müharibəyə sürükləyə bilərmi?
Ekskluziv
1412
15:50, Bu gün

İran Ukraynanı vurarsa: Xəzər üzərindən zərbə regionu müharibəyə sürükləyə bilərmi?

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizinin Ukraynanı İsrailə dəstək səbəbilə zərbələr üçün qanuni hədəf kimi göstərməsi beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub. Hərbi ekspertlər bildirirlər ki, İranın uzun mənzilli raket və dron arsenalı mövcuddur və nəzəri olaraq bu silahların Ukrayna ərazisinə çata bilməsi mümkündür. Eyni zamanda, belə bir zərbənin hansı marşrutla həyata keçirilə biləcəyi və bunun region ölkələri üçün doğura biləcəyi siyasi-hərbi nəticələr də müzakirə mövzusudur. Məhz bu məqamlar belə bir sualı aktuallaşdırır:
 
İranın Ukraynanı vurmaq üçün Xəzər istiqamətindən raket zərbəsi endirməsi nə dərəcədə realdır və belə bir addım Rusiya ilə yanaşı Xəzər regionu ölkələri üçün yeni geosiyasi böhran və ya regional müharibə riski yarada bilərmi?
 
Moderator.az sualın cavabını politoloq Fərhad Məmmədov ilə müzakirə edib.
 Fərhad Məmmədov qeyd edib ki, İranın öz hərbi sursatını istifadə etmə qabiliyyətini prinsip etibarı ilə hamı görüb:
 
"Hələ ki, uzaq mənzilli raketlərin dəqiq istifadəsini biz görməmişik ki, hansılar ki 2000 km-dən uzağa gedir.
 
Ukrayna tərəfindən haqlı olaraq İrana qarşı həm bəyanatlar verilir. Eyni zamanda Ukrayna mütəxəssisləri İran dronlarına qarşı mübarizədə körfəz ölkələri tərəfindən cəlb oluna bilər. Yəni Ukrayna bu müharibədə öz tərəfini bəlli edir.
 
İran öz növbəsində bu müharibədə kim ki iştirak edir, ona zərbə endirməsi ilə bağlı bəyanatlar səviyyəsində çıxışlar edir. Və bu da İranın həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
 
Yəni marşruta gəldikdə, əlbəttə, Cənubi Qafqaz regionları üzərindən də gedə bilər, Xəzər dənizi üzərindən də gedə bilər. Burada İran hər hansısa bir ölkənin razılığı olmadan bunu həyata keçirə bilər.
 
Hal-hazırkı İran hakimiyyəti bu istiqamətdə heç kəsdən nə icazə alır, nə də ki nəzərə alır. Ona görə bütün bunları nəzərə alaraq demək olar ki, İran tərəfindən belə bir addımın atılması mümkündür".
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər