“Trampın nüvə silahı işlətməsinə ehtiyac da qalmayacaq...-İsrail özü işi bitirəcək...”
Ekskluziv
896
11:37, Bu gün

“Trampın nüvə silahı işlətməsinə ehtiyac da qalmayacaq...-İsrail özü işi bitirəcək...”

“Digər tərəfdən, ABŞ prezidenti nüvə silahından istifadə etməmək haqda beynəlxalq konvensiyanı da poza bilməz. Heç ABŞ Konqresi və Senatı da belə bir addımın atılmasına imkan verə bilməz. Çünki...”
 
“Hesab edirəm ki, Amerikanın İran savaşında nüvə silahından istifadə etməsinə elə də ciddi ehtiyac duyulmur. Çünki bu dövlətin əlində digər dağıdıcı kütləvi qırğın silahları var ki, onları tətbiq etməklə cəbhədə uğur qazana bilərlər. Digər tərəfdən, Tramp nüvə silahından istifadə etməmək haqda beynəlxalq konvensiyanı da poza bilməz. Heç ABŞ Konqresi və Senatı da belə bir addımın atılmasına imkan verə bilməz. Çünki hazırda Amerika dövləti üçün elə bir ciddi təhlükə yaranmayıb və ölkə əhalisinin, yaxud onun dövlətçiliyinin başı üzərini fəlakət almayıb”. 
 
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az əməkdaşının “Bəzi beynəlxalq siyasi şərhçi və hərbi ekspertlər iddia edirlər ki, ABŞ prezidenti Donald Tramp İran rejiminin dirənişini qıra bilməyəcəyi təqdirdə taktiki nüvə bombalardan istifadə edə bilər. Siz necə düşünürsüz?” sualını cavablandırarkən ifadə edib.
 
“Belə düşünürəm ki, nüvə silahından kiçik ölçüdə belə, istifadə bütün dünya tərəfindən pislənə, hətta digər nüvə dövlətləri buna cavab da verə bilər və sonda ABŞ-ın özü üçün faciəvi nəticələr meydana çıxa bilər. Onu  da nəzərə almaq lazımdır ki, onsuz da bu gün-sabah İrana qarşı savaşı bitirəcəklər və Trampın nüvə silahı işlətməsinə ehtiyac da qalmayacaq. Hətta Amerika hərbi əməliyyatlarda zəif iştirak etsə də, İsrail məsələni bitirəcək və ən azından İrandakı teokratik rejimi kapitulyasiya aktını imzalamağa məcbur edəcək”, - deyə politoloq diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər