“İranda müharibə martın sonuna kimi davam edəcək” – PROQNOZ!
Ekskluziv
482
21:03, Bu gün

“İranda müharibə martın sonuna kimi davam edəcək” – PROQNOZ!

“İranla ABŞ-İsrail koalisiyası arasındakı müharibənin bütün optimist proqnozlara rəğmən cari ilin mart ayının sonuna kimi davam etməsi ehtimalı daha böyükdür”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.  Politoloq qeyd edib ki, müharibənin indiki mərhələdə başa çatmasını şərtləndirəcək heç bir ciddi əsas yoxdur:

“ABŞ və İsrailin İrana qarşı apardıqları birgə müharibənin yaxın günlərdə başa çatması inandırıcı görünmür. İndiki halda bunu şərtləndirəcək ciddi əsaslar mövcud deyil. Hesab edirəm ki, müharibə hələ bir müddət davam edəcək.

Şübhəsiz, İranda müharibənin davam etməsi heç kimin, eləcə də region dövlətlərinin marağına uyğun deyil. Buna görə də müharibə edən tərəflərlə yanaşı, region dövlətlri, o cümlədən, Türkiyə və Azərbaycan diplomatik müstəvidə aktivlik sərgiləməli, müharibənin tezliklə baaş çatması üçün bütün dövlətlər əllərindən gələni əsirgəməməlidirlər. Azərbaycan bu istiqamətdə ilk gündən öz sülhpərvər mövqeyini ortaya qoyub və bundan sonra da öz ilkin mövqeyinə sadiqlik nümayiş etdirəcək”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər