Rusiya təcili tibbi yardım maşınını vurdu...-Həkimlər həlak oldu...-FOTO
Ekskluziv
586
18:28, Bu gün

Rusiya təcili tibbi yardım maşınını vurdu...-Həkimlər həlak oldu...-FOTO

Rusiya ordusunun Xarkov bölgəsində yaralıları daşıyan təcili tibbi yardım maşınına endirdiyi zərbə nəticəsində iki tibb işçisi həlak olub.
 
Moderator.az bu haqda "TSN"-ə istinadla xəbər verir.
 
Xarkov təcili tibbi yardım və fəlakət təbabəti Mərkəzi itkilərin təfərrüatlarını açıqlayıb.
Bəyanatda deyilir: 
 
"Həmkarlarımız, tibb işçilərimiz, hər gün başqalarının həyatını xilas edən insanlar bu hücum nəticəsində həlak olublar: həkim Dmitri Andreyeviç Kolesnik və təcili tibbi yardım texniki Oleq Viktoroviç Juravlev".
 
Bəyanatda əlavə edilib ki, briqadanın digər tibb işçisi, paramedik Aleksandr Petroviç Dudulad düşmən atəşi nəticəsində yaralanıb. O, lazımi tibbi yardımı alır.
 
Təcili tibbi yardım Mərkəzi qeyd edib ki, rus terrorçuları qəsdən "xilasetmə üçün gedənləri, silahsızları, ağrı və qorxu yerlərinə gələnləri" hədəfə alıblar.
Link kopyalandı!
Son xəbərlər