“Ermənistanın mina terrorunun ifşasını davam etdirməliyik”
Ekskluziv
526
20:23, Bu gün

“Ermənistanın mina terrorunun ifşasını davam etdirməliyik”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlının mina qurbanı olması haqqında məlumat yayıb. Məlumatda qeyd olunur ki, qurbanların 72-si həlak olub, 347-si isə ağır yaralanıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Ermənistanın mina terrorunun beynəlxalq aləmdə ifşasının zəruri olduğunu bildirib:

“Mina terroru Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı törədilən növbəti müharibə cinayətidir. Bu, hərbi cinayətdir.

Artıq müharibə bitib. Cənab Prezidentin dediyi kimi, 2023-cü ilin 20 sentyabr tarixindən sonra müharibə bitib. Biz Ermənistanla sülh danışıqları aparırıq. Sülh müqviləsinin imzalanması istiqamətində işlər görülür. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh mətninin paraflanması sülh müqaviləsi üçün real zəmin formalaşdırıb. Azərbaycanın humanistliyi sayəsində ölkəmizin ərazisindən xeyli müddətdir ki, Ermənistana taxıl, yanacaq və s. göndərilir. Azərbaycan dayanıqlı sülh üçün iş aparır. Ancaq buna baxmayaraq, Ermənistan üzərinə düşən öhdəlikləri hələ də yerinə yetirmir.

Problemli məsələlərdən biri vaxtiylə torpaqlarımızda basdırılan minaların xəritəsinin ölkəmizə verilməməsidir. Ermənistan bu istiqamətdə də heç bir addım atmayıb. Məhz bu səbəbdən də 44 günlük Vətən müharibəsinin başa çatmasınddan 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də insanlarımız mina partlayışlaı nəticəsində həlak olur, yaxud sağlamlıqlarını itirirlər.

Nə qədər ki, Ermənistan mina terroruna son qoymayıb, onun apardığı mina terroru da ifşa edilməli, mütəmadi şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər