“Buraxılış imtahanlarının çətin olmasının qəbul ballarına müəyyən qədər təsiri olsa da...” - ÖZƏL
Ekskluziv
856
18:25, Bu gün

“Buraxılış imtahanlarının çətin olmasının qəbul ballarına müəyyən qədər təsiri olsa da...” - ÖZƏL

“Buraxılış imtahanlarının çətin olması bir müəllim kimi məni də narahat edir, amma deyim ki, yaxşı oxuyan uşaq üçün imtahan o qədər də çətin olmayıb. Məsələ burasındadır ki, imtahan savadlı uşaqların üzərində qurulmur. İmtahan nəticələri ümumilikdə təhlil olunmalıdır. Müqayisə tipli sualların sayı bu dəfə həddindən çox olub. Bu da ciddi problem yaradıb. Uşaqlar 3 saat vaxt ərzində bu tipli bir neçə suala cavab verərkən çətinlik çəkiblər. Bu da hamının narazılığına səbəb olub. Təbii ki, sualların heç birində səhv yoxdur. Sualların çətinliyi və vaxt azlığı narazılıq yaradıb”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan dili və Ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov deyib.

O daha sonra əlavə edib:

“Buraxılış imtahanlarının çətin olmasının qəbul ballarına müəyyən qədər təsiri olsa da, amma indidən o qənaətə gəlmək olmaz ki, hər şey bitdi və ya qəbul oluna bilməyəcəm. Çünki qarşıda bir imtahan da var: blok imtahanları. Abituriyentlər heç də ümidsiz olmamalıdır. Blok imtahanlarındakı nəticələr də bu imtahanın balları ilə toplandıqdan sonra abituriyentlər qəbul imtahanlarının müsabiqəsinə buraxılır. Ümidvaram ki, buraxılış imtahanında zəif nəticə göstərənlər blok imtahanlarında uğur qazanacaqlar. Hökmən yaxşı çalışmaq lazımdır” deyə ekspert bildirib.

Link kopyalandı!
Son xəbərlər