“Mədəniyyətimizi təsadüfi ünsürlərdən, bər-bəzəkli xanımlardan, saqqallı, hörüklü gədələrdən qorumalıyıq” - FOTO+ÖZƏL
Ekskluziv
338
17:10, Bu gün

“Mədəniyyətimizi təsadüfi ünsürlərdən, bər-bəzəkli xanımlardan, saqqallı, hörüklü gədələrdən qorumalıyıq” - FOTO+ÖZƏL

“Bir ara mən televiziyalarda eybəcər adamlar, təsadüfi insanlar, mənasız ekspertlərə çox ciddi və sərt münasibət bildirirdim. Buna görə özümə düşmənlər də qazanırdım. Bu o demək deyil ki, təslim olub, haqqımızı, mənəviyyatımızı kiməsə qurban verməliyik? Bu gün televiziyaların siyasətini çox bəyənirəm. Bu islahatlar mənə elə gəlir ki, tezliklə öz nəticəsini verəcək”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.

O daha sonra əlavə edib:

“82 illik ömrümün ixtiyar çağında yeganə arzum budur ki, xalqın dəyər verdiyi, xalqın yaratdığı və ən möhtəşəm ideoloji təbliğat vasitəsi olan kinomuz bərpa olunsun. Azərbaycan kinosu Azərbaycan xalqının tarixi salnaməsidir. Adam gərək tarixi salnaməsinə böyük diqqət və vicdanla yanaşsın. Bu mənada hər birimiz səfərbər olmalıyıq. Mən müraciət də etmişəm və inanıram ki, kinomuzu, “Azərbaycanfilm” kinostudiyasını əvvəlki səviyyəsinə gətirib çatdıracağıq. Mədəniyyətimizi təsadüfi ünsürlərdən, bər-bəzəkli xanımlardan, saqqallı, hörüklü gədələrdən qorumalıyıq. Onlar məndən inciməsinlər. Gedib özlərinə əl-ayaq gəzdirməlidirlər” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər