13 oktyabr -cümə səhər saatlarında İsrailin şimalını hədəf alan üçüncü İran raket atəşi nəticəsində 58 nəfər yaralanıb .
Moderator.az “Jerusalem post” nəşrinə istinadal xəbər verir ki, İsrailin milli təcili yardım qurumu –MDA-nın(Magen David Adom” yaydığı açıqlamada belə deyilir.
MDA bildirib ki, qəlpələrdən orta dərəcədə yaralanan bir nəfər və şüşə qırıntılarından yüngül yaralanan 57 nəfər tibbi müalicə üçün yaxınlıqdakı xəstəxanalara təxliyə edilib.
“Hadisə yerinə çatanda bir neçə evə ziyan dəydiyini və şüşələrin sındığını gördük”, - deyə MDA əməkdaşı Eran Abo bildirib.
“Qəlpənin vurduğu bel zədəsindən əziyyət çəkən 34 yaşlı bir qadının vəziyyəti orta ağır olaraq qiymətləndirilir, eləcə də şüşənin sınması nəticəsində yüngül xəsarət alan 17 yaşlı bir qızın vəziyyəti orta ağır olaraq qiymətləndirilir.”
"Onlara qabaqcıl tibbi yardım göstərdik və xəstəxanaya təxliyə etdik. Əlavə MDA qrupları hazırda hadisə yerində narahatlıq simptomlarından əziyyət çəkən bir neçə insanı müalicə edir."
Tibbi personal həmçinin narahatlıqdan əziyyət çəkən daha 15 nəfəri xəstəxanaya təxliyə edib.
S.Laçın