Ekskluziv
612
15:24, Bu gün

"İranın məğlubiyyəti Rusiya və Çin üçün strateji zərbə ola bilər" - "Forbes"

 
"İrana qarşı hərbi əməliyyat təkcə regionun gələcəyini deyil, həm də Moskva və Pekinin qlobal planlarını dəyişdirə bilər..."
 
ABŞ və İsrailin İrana qarşı "Epik qəzəb" hərbi əməliyyatı fevralın 28-də başlayıb və artıq ikinci həftəsinə qədəm qoyub. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
ABŞ və İsrailin planı
 
Nəşr qeyd edir ki, kampaniyanın ilk mərhələsində İsrailin hava zərbələri nəticəsində İranın ali lideri Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi rəhbərlər öldürülüb. Bu zərbələr ölkənin hərbi komandanlıq sisteminə ciddi zərbə vurub. Daha sonra ABŞ və İsrail hücumların əsas hissəsini İranın hücum imkanlarına, xüsusilə ballistik raketlərə və pilotsuz uçuş aparatlarına yönəldib.
 
Analitiklərin sözlərinə görə, bu zərbələr nəticəsində İranın ABŞ, İsrail və region ölkələrinə qarşı raket buraxmaq imkanları xeyli azalıb. Növbəti mərhələdə isə İranın müdafiə sənayesi və hərbi istehsal infrastrukturu hədəfə alınır ki, Tehran yaxın illərdə raket və dron arsenalını bərpa edə bilməsin.
 
Regionun reaksiyası
 
Müharibənin ilk günlərində İran qarşıdurmanı genişləndirməyə çalışaraq Fars körfəzi regionundakı bəzi ölkələrə zərbələr endirib. Məqsəd ABŞ-ın regional müttəfiqlərinə təzyiq göstərmək idi. Lakin bu strategiya gözlənilən nəticəni verməyib və bir çox ölkələr İranın təhlükəli aktor olduğunu bir daha xatırlayıb.
 
Nəticədə bəzi tərəfdaşlar Tehrandan uzaqlaşmağa başlayıb. Məsələn, Qətər İranla məsafə saxlayır, Birləşmiş Ərəb Əmirlikləri isə daha aktiv mövqe tutmağa başlayıb. İran prezidenti Məsud Pezeşkian region ölkələrinə izahat verməyə çalışsa da, ekspertlərə görə, ölkədə əsas qərarları yenə də İslam İnqilabı Keşikçiləri Korpusu qəbul edir.
 
Rusiya və Çin üçün risk
 
Məqalədə vurğulanır ki, son illərdə Rusiya, Çin və İran arasında siyasi və hərbi əməkdaşlıq güclənib. Lakin hazırkı müharibə bu ittifaqın real gücünü sınağa çəkir. Pekin diplomatik vasitəçilik etməyə çalışır, Moskva isə müəyyən kəşfiyyat məlumatları ilə Tehrana yardım edir.
 
Analitiklər hesab edir ki, əgər İran rejimi devrilərsə və ya yeni rəhbərlik Vaşinqtonla razılaşmaya gedərsə, bu, həm Moskva, həm də Pekin üçün ciddi strateji itki olacaq. Buna görə də hər iki ölkənin İranı dəstəkləməyə çalışacağı, lakin ABŞ-la birbaşa toqquşmadan qaçacağı ehtimal edilir.
Link kopyalandı!
Son xəbərlər