Azərbaycan–Avropa Əməkdaşlığı: Enerjidən Nəqliyyata Strateji Körpü
Ekskluziv
751
13:04, Bu gün

Azərbaycan–Avropa Əməkdaşlığı: Enerjidən Nəqliyyata Strateji Körpü

Avropa ilə Azərbaycan arasında əməkdaşlıq son illərdə siyasi dialoqla yanaşı iqtisadi və enerji sahələrində də daha da dərinləşməkdədir. Xüsusilə enerji təhlükəsizliyi, ticarət əlaqələri və nəqliyyat dəhlizləri kimi strateji istiqamətlər tərəflər arasında münasibətlərin əsas sütunlarını təşkil edir. Qlobal enerji bazarında baş verən dəyişikliklər və regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş kimi rolu daha da ön plana çıxır.

Məhz bu baxımdan Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri siyasi və iqtisadi ekspertlər tərəfindən də diqqətlə qiymətləndirilir.

Mövzu ilə bağlı Moderator.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır:


"Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta denən mətbuata bəyanatlarla çıxış ediblər. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib. Xarici ticarət dövriyyəsinin dördə biri ittifaqa üzv olan İtaliyanın payına düşür. İllik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir".

Deputat qeyd edib ki, bu o deməkdir ki, Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10 ölkənin Avropa İttifaqının üzvləri olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir:

 "Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır.
Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Bu o deməkdir ki, növbəti mərhələdə Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin innovativ enerji məhsulları ilə də Avropaya bazarına daxil olacaq.

Azərbaycan həmçinin Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır. Regional nəqliyyat dəhlizlərinin genişlənməsi və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcmini artıracaq. Avropa Şərqə Naxçıvan vasitəsi ilə daha asan çıxış imkanları əldə edəcək.
Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri və müzakirə edilən məsələlər Azərbaycanın geo-siyasi mövqeyinin daha da gücləndiyini təsdiq edir. Regiondakı yeni düzən əməkdaşlıq üçün mühim imkanlar yaratmaqdadır"

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər