Bizi sosial şəbəkələrdən izləyin:
"Reuters" agentliyi kəşfiyyat qiymətləndirmələri ilə tanış olan üç mənbəyə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı hesab edir ki, İran İslam Respublikası rəhbərliyi əsasən zərər görməyib və ayətullah rejiminin özü də qaçılmaz olaraq dağılmaq təhlükəsi ilə üzləşmir.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Mənbələrdən birinə görə, "çoxsaylı" kəşfiyyat hesabatları "rejimin dağılmaq təhlükəsi ilə üzləşmədiyinə və"İran cəmiyyəti üzərində nəzarəti qoruduğuna" dair ardıcıl təhlil təqdim edir.
"Reuters" qeyd edir ki, ən son belə hesabat bir neçə gün əvvəl hazırlanıb.
Agentlik vurğulayır ki, bu qiymətləndirmələr, təxminən iki həftə davam edən Amerika və İsrail hücumlarına baxmayaraq, İran rəhbərliyinin davamlı birliyini göstərir. "Reuters" yazır ki, bu fonda Tehrandakı sərt hökumət xətti davam edərsə, Donald Tramp administrasiyası üçün müharibəni bitirmək üçün məqbul bir yol tapmaq daha çətin olacaq.
S.Laçın