“ABŞ-İran müharibəsi ilə bağlı ən pis ssenari odur ki...”
Ekskluziv
525
14:53, Bu gün

“ABŞ-İran müharibəsi ilə bağlı ən pis ssenari odur ki...”

“ABŞ-İran müharibəsi ilə bağlı ən pis ssenari bu müharibənin regiona yayılması, digər dövlətlərin də hərbi əməliyyatlara qoşulmasıdır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, bu, bütün ölkələr üçün arzuedilməz olsa da, məlum ehtimalı tamamilə istisna etmək olmaz:

“Dünyadakı bəzi ekspertlər, hərbi-siyasi mütəxəssislər də müharibənin yayılma ehtimalının mövcudluğunu vurğulayıblar. Yəni onlar da bu ehtimalı istisna etmirlər. Bütün bu ehtimallar isə müxtəlif informasiyalara, məlumatlara əsaslanır.

Doğrudur, müharibənin genişlənməsi ssenarisi bütün ölkələr üçün arzuedilməzdir. İnanmıram ki, hansısa dövlət buna can atsın. Lakin bu ssenari proseslərin gedişatı fonunda gerçəkləşə, hadisələrin axını özü belə bir nəticəni sitimullaşdıra bilər”.

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər