Ekskluziv
286
07:07, Bu gün

"Tramp Netanyahunu qurbanlıq keçi edə bilər..."- Bolton "Newsweek"-ə -VİDEO

İrana qarşı əməliyyat uğursuz olarsa, Tramp qaçılmaz olaraq günahı İsrail Baş nazirinin boynuna qoyacaq. 
 
Moderator.az israel.info nəşrinə istinadla xəbər verir ki,  ABŞ prezidentinin(D.Trampın)keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton "Newsweek"-ə  müsahibəsində belə bir proqnoz söyləyib.
 
"Trampın dünyasında qaliblər və məğlublar var. Qalib odur. Buna görə də bu əməliyyat uğursuz olarsa, günahkar başqası olacaq. Bu, qaçılmazdır", - deyə Bolton xəbərdarlıq edib.
 
Eyni zamanda, keçmiş müşavir Netanyahunun Vaşinqtonu müharibəyə sürüklədiyi fikrini rədd edib. O bildirib ki, İsrail baş naziri Trampın birinci müddətində artıq belə cəhdlər edib, lakin heç bir nəticə verməyib: "Netanyahu bir dəfə onu yola gətirə bilməyib. İndi Tramp bunu özü etmək qərarına gəlib."
 
Con Bolton özü on illərdir Tehrana hücum üçün təzyiq göstərib. Lakin o,  hazırda prezidentin kampaniyanı idarə etməsindən narazıdır. Onun qiymətləndirməsinə görə, Tramp əməliyyatı ictimai rəyi hazırlamadan, Konqresin dəstəyini təmin etmədən və ya müttəfiqlər və İran müxalifəti ilə əlaqələndirmədən başlayıb.
 
Bolton Trampın iranlıları rejimə qarşı çıxmağa çağırışını Ağ Evin belə bir ssenariyə hazır olmadığının etirafı hesab edib.
 
"Əgər o, nə edilməli olduğunu başa düşsəydi, bunu deməzdi", - deyə keçmiş müşavir izah edib və əlavə edib ki, Tramp "böyük strategiya ilə məşğul olmur" və "ənənəvi mənada siyasət qurmur".
 
Bolton hesab edir ki, Tramp sadəcə İranda rejim dəyişikliyinə nail olmaq üçün nəyin lazım olduğunu başa düşmür. O, prezidentin "Venesuela modeli"nə istinadını da rədd edib: 
 
"Venesuela İran deyil. Yeri gəlmişkən, Venesuela da Venesuela deyil: orada rejim dəyişikliyi heç vaxt baş verməyib..."
 

S.Laçın

Link kopyalandı!
Son xəbərlər