Ekskluziv
948
19:46, Bu gün

"Türkiyənin İranla münasibətləri pozma riski var"

İranın Türkiyə istiqamətində yenidən ballistik raket buraxması regionda təhlükəsizlik balansı və Ankara–Tehran münasibətlərinin gələcəyi ilə bağlı ciddi suallar doğurub. Son hadisə iki ölkə arasında onsuz da həssas olan siyasi və hərbi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi barədə müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə Türkiyənin NATO üzvü olması bu hadisəni təkcə ikitərəfli münasibətlər çərçivəsindən çıxararaq daha geniş geosiyasi kontekstdə dəyərləndirməyi zəruri edir. Ekspertlər hesab edir ki, belə bir hücum həm regional təhlükəsizlik arxitekturasına, həm də Türkiyənin müdafiə və diplomatik strategiyasına təsirsiz qalmayacaq. Bu fonda Ankara hökumətinin hansı addımları atacağı və vəziyyətə necə reaksiya verəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.

Moderator.az mövzu ilə əlaqədar olaraq, Türkiyənin yanaşmasını öyrənmək üçün Prof. Dr, İstanbul Teknik Üniversitesi (İTÜ) – Beynəlxalq Əlaqələr üzrə uzmanı, akademik Umut Uzer ilə həmsöhbət olub.


Prof.Dr. Umut Uzer qeyd edib ki, Türkiyə barış istəyən bir ölkədir və xüsusilə qonşuları ilə yaxşı münasibətlərə böyük əhəmiyyət verir:

"Lakin İrandan gələn iki raket ciddi məsələdir. Üçüncüsünün olması halında isə qarşılıq tədbirləri gündəmə gələ bilər.
NATO üzvlüyü İrandan müsbət qarşılanmır, lakin 1952-ci ildən bu təşkilata üzv olan Türkiyə milli maraqları baxımından bu üzvlüyü davam etdirməyə qərarlıdır.
İranla münasibətləri pozmaq riski var, çünki həmin ölkədən gələn hücumlar qəbul edilə bilməz. Eyni zamanda, İranda nəzarətdən kənar qüvvələrin də hücum etməsi mümkündür, bu barədə dəqiq məlumat yoxdur".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər