“Əli Xamenei həyatda olarkən bu dəngəni, balansı müəyyən edir və hətta onunla oynayırdı. Bəzi hallarda xarici ölkələr, o cümlədən Qərb, xüsusilə ABŞ-la danışıqlarda bu vəziyyətdən istifadə edirdi...”
“Əslində, İran hakimiyyəti daxilində fikir ayrılıqlarının olması yeni məsələ deyil. Artıq neçə onilliklərdir “reformator”, “islahatçı” dediyimiz qrupla, “mühafizəkar”, “konservativ” kəsim arasında İranın gələcəyi ilə bağlı mübarizə aparılır. Bunun da biz əlamətlərini müşahidə edir və görürdük. Xüsusən prezident seçkilərində də bu fərqliliklər özünü göstərirdi. Məsələn, Hatəminin, Ruhaninin seçkilərində. Son seçkilərdə də Məsud Pezeşkian islahatçı qanadı təmsil edən namizəd kimi seçildiyi zaman digər tərəf buna qarşı çıxır və mübarizəyə başlayırdı. Keçmiş ali dini rəhbər Əli Xamenei həyatda olarkən bu dəngəni, balansı müəyyən edir və hətta onunla oynayırdı. Bəzi hallarda xarici ölkələr, o cümlədən Qərb, xüsusilə ABŞ-la danışıqlarda bu vəziyyətdən istifadə edirdi. Yəni belə görüntü yaranırdı ki, İranda müəyyən məsələlərdə mühafizəkar qanaddan fərqli düşünən insanlar da var və bu da effekt verirdi.”
Bu fikirləri Moderator.az-a açıqlamasında artıq 11-ci gündür davam edən müharibə fonunda İranda müxtəlif hakimiyyət qanadları daxilində bir-birinə zidd açıqlamalar, bəyanatlar verilməsinə münasibət bildirərkən ifadə edib.
“İndi isə İran çox dramatik, hətta faciəli bir dövr yaşayır. Yəni savaşdır. Bununla belə, indi də fərqlilikləri görürük. Prezident Məsud Pezeşkian müharibə mövzusunda bir bəyanat verir, “Xatəmül-Ənbiya”(“SEPAH”-ın Mərkəzi Qərargahı- red.) onu təkzib edir və ya təhlükəsizlik şurasının katibi Əli Laricani tamamilə fərqli fikirlər ortaya qoyur. Bu, hakimiyyət daxilində əvvəldən mövcud olan İranın gələcəyi ilə bağlı fikir ayrılıqlarını göstəriicisidir”, - deyə davamında həmsöhbətimiz bildirib.
“Ümumiyyətlə, heç bir cəmiyyətdə və ya siyasi qurumda bütün aktorlar eyni cür düşünmür. Amerikada da fikir ayrılıqları mövcuddur. Hətta Tramp hökuməti daxilində də Amerika-İran savaşı və s. ilə başlı fikir ayrılıqları özünü göstərir. Lakin bu fikir ayrılıqları bir-birinə tam zidd formada təzahür etmir. Ən azından bəziləri bunu gizləməyə çalışırlar. Amma məncə, artıq İrandakı bu durum ölkənin gələcəyini də müəyyən edir... Bəzi adamlar deyir ki, bunları “reformator” adlandırmaq düzgün deyil. Onlar sadəcə olaraq Qərblə sözdələşməyə hazır olan fərqli düşünən qruplardır. İran şəraitində bu, özü belə, zənnimcə, ciddi bir hadisədir”, -deyə diplomat diqqətə çatdırıb.
“Ancaq məntiqlə indiki savaş şəraitində İranda müxtəlif hakimiyyət qanadları vahid mövqedə olmalıdırlar. Düzdü, onlar bunu sözdə və bəyanatlarla da ifadə edirlər. Amma mən İranın gələcəyi ilə bağlı, nüvə silahına münasibət, uzaqmənzilli raketlər və proksi qüvvələr məsələsində fikir ayrılıqlarının olduğunu göstərmək istədim. Bu fikir ayrılıqları hələ də qalır. Müvəqqəti olaraq onlar özünü göstərməyə bilər və ya təsirini azaltmağa çalışa bilərlər.
Məsələn, bu günlərdə prezident Pezeşkian qonşularla bağlı məlum bəyanatdan sonra bir az yumşaq bir izahat verdi. Niyə izahat verdi? İranda xarici təcavüzə qarşı “vahid mövqen”in olduğunu göstərmək üçün”, -sabiq səfir vurğulayıb.