Moderator.az-ın ilin əvvəlində verdiyi proqnozu  “Foks Nyus” iki ay sonra təsdiqlədi...
Ekskluziv
698
10:34, Bu gün

Moderator.az-ın ilin əvvəlində verdiyi proqnozu  “Foks Nyus” iki ay sonra təsdiqlədi...

“ABŞ-ın İrana hücumları Rusiyanın Ukraynadakı hərəkətlərini zəiflədir”

ABŞ-ın 28 fevral 2026-cı il tarixində İrana başlayan hərbi müdaxiləsi bütün dünyanın əsas diqqət mərkəzindədir. Maraqlıdır ki, müharibədən həftələr, hətta aylar öncə ABŞ-ın İrana mümkün hərbi müdaxiəsi və bunun nəticələri ilə bağlı çoxlu proqnozlar səsləndirilib ki, bunlardan da biri Moderator.az saytına məxsusdur. Xatırladaq ki, saytımızda 13 yanvar 2026-cı il tarixində “ABŞ İrana müdaxilə edərsə, bundan ən çox itirən Rusiya olacaq...” sərlövhəli məqalədə Pentaqonun İrana müdaxiləsinin mümkün nəticələri şərh edilib, konkret proqnozlar verilib. Məqalədə qeyd olunub ki, ABŞ-İran müharibəsi Rusiyanı əsas silah təchizatçıxı olan İranın yardımından məhrum edəcək ki, bu da onun Ukrayna cəbhəsindəki vəziyyətini mürəkkəbləşdirəcək. Məqalədə deyilir:

“Bu mənada əminliklə demək olar ki, ABŞ İrana hərbi müdaxilə edərsə, bundan ən çox itirən Rusiya olacaq. Belə ki, İran Ukrayna müharibəsinin ilk dönmlərindən etibarən Rusiyanın silahlanmasında, dron və digər texnikalarla təchizatında mühüm rol oynayıb. Rusiya Ukraynanın dərinliklərinə ilk dəfə məhz İran istehsalı olan raketlərlə həmlə edib ki, bu da Ukrayna üçün ciddi itkilərlə nəticələnib.

Bugünlərdə Azərbaycan mətbuatında yer alan məlumatlara görə, bütövlükdə İran Rusiyaya 4 milyard dollar məbləğində silah-sursat satıb və bunun 2,7 milyard dollarını Ukraynaya qarşı müharibədə istifadə olunmaq üçün ballistik və hava hücumundan müdafiə raketləri təşkil edir. Bu rəqəmin özü İranın Rusiyanın Ukraynaya qarşı hücumlarında hansı miqyasda yer aldığını gösərir.

ABŞ-ın İrana hərbi müdaxiləsi rəsmi Tehranı Rusiyaya böyük ölçüdə hərbi dəstək göstərmək imkanından məhrum edəcək ki, bu da Ukrayna üçün yeni fürsətlər deməkdir”. (//moderator.az/az/ekskluziv/945616/abs-irana-mudaxile-ederse-bundan-en-cox-itiren-rusiya-olacaq/?fbclid=IwY2xjawQb40tleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeGh5B7FwXv85LOcatbnVW9wK4-fU2u_qqSUgO2KkzbSAb4qp9_v-NlRjmLh8_aem_B4nLm_Q7cEQR9dUKFokLYQ ).

Maraqlıdır ki, Moderator.az-ın verdiyi məlum proqnozdan iki ay sonra “Foks Nyus” telekanalı proqnozu təsdiqləyib. Kanalın məlumatında deyilir:

“ABŞ-ın İrana hücumları Rusiyanın Ukraynadakı hərəkətlərini zəiflədir. İranın imkanlarının məhv edilməsi Moskvanın əsas müttəfiqinə zərbədir və onun müharibə potensialını azaldır.

İran Rusiyaya “Şahid” dronları və çertyojlar tədarük edirdi ki, bu da Tatarıstanda “Geran” istehsalına imkan verirdi. Tehran həmçinin S-400, Su-35 və digər texnikalar müqabilində Rusiyaya ballistik raketlər, hava hücumundan müdafiə sistemləri və yüz minlərlə mərmi (dəyəri 4 milyard dollardan çox) ötürürdü. ABŞ-ın zərbələrindən sonra bu ox qırıldı”. (//axar.az/news/planet/1070271.html ).

Göründüyü kimi, Moderator.az-ın iki ay öncə verdiyi proqnoz dünya miqyaslı media qurumları tərəfindən təsdiqlənməkdə, praktikada özünü doğrultmaqdadır.  

Məlumat üçün qeyd edək ki, ABŞ-ın İrana hücumlarının Rusiyanın texniki təchizatına əsaslı şəkildə mənfi təsir göstərdiyi digər mənbələr tərəfindən də təsdiqlənib. Bütün bu faktlar bir daha sübut edir ki, ABŞ-İsrail koalisiyası ilə İran arasında hərbi əməliyyatlar davam etdiyi müddətdə Rusiyanın silah-sursat təchizatındakı çətinliklər öz həllini tapmayacaq.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər