İsrailin hücumları nəticəsində xristian keşiş də öldü...
Ekskluziv
249
08:50, Bu gün

İsrailin hücumları nəticəsində xristian keşiş də öldü...

İsrail hava hücumları nəticəsində Livanın cənubundakı xristian kəndində bir keşiş həlak olub.
 
Moderator.az xəbər verir ki, "CNN"-in yaydığı məlumata görə, yerli sakinlər təxliyə çağırışlarına və İsrail ordusunun hücumlarına baxmayaraq, yerlərində qalacaqlarını israr edirlər.
 
Livan Milli Xəbər Agentliyinin (NNA) verdiyi məlumatda deyilir ki Mərcayun bölgəsindəki Qlaya kəndinin kənarında İsrailin iki hücumu nəticəsində yaralanan ata Pyer əl-Rai bazar ertəsi günü vəfat edib .
 
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Qlaya kəndi daha əvvəl İsrailin atəşindən zərər çəkmişdi və martın 2-dən bəri bu hücumlar ölkədə ən azı 486 nəfərin ölümünə səbəb olub .
 
Ölümündən əvvəl əl-Ra'i, İsrailin Litani çayının cənubundakı bütün sakinlərin təxliyə edilməsi çağırışlarına baxmayaraq, kilsə icmasının üzvləri ilə qalacağına söz vermişdi.
 
Keşiş yerli sakinlərə səsli mesajında ​​deyib: "Biz heç vaxt qaçmamışıq... və indi də qaçmayacağıq. Dəvəti təkrarlamaq istəyirəm: qorxanlar üçün kilsə açıqdır və böhran bitənə qədər qapımız hər kəsə açıqdır" .
 
 
BMT-nin sülhməramlı missiyası çərşənbə axşamı Qlaya kəndindən təxminən 43 kilometr aralıda yerləşən Alma əl-Şaab kəndindən mülki şəxsləri təxliyə edəcək, icma lideri Şadi Sayah bildirib ki, bu, yerli xristian icmalarının üzləşdiyi təhlükənin əlamətidir.
 
 
Link kopyalandı!
Son xəbərlər