02:34
3°C
Bakı
“Ermənilər Qarabağ məsələsini ortaya atdıqları gündən İran ermənilərlə dostluq edib”.
Bunu Moderator.az-a açıqlamasında millər vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, işğaldakı torpaqlarımızın talan edilməsində də İran aktiv rol oynayıb:
“İran ermənilər tərəfindən işğal edilən ərazilərimizi talan edib daşıyıb, bu məsələdə ciddi fəallıq göstərib. Onlar ermənilərlə həmişə əməkdaşlıq ediblər və öz düşmən mövqelərini ortaya qoyublar.
İran işğalçı dövlətlə qardaşlıq edib. İranın Naxçıvana dron zərbələri endirməsi, SEPAH-ın Bakıda terror törətmək cəhdi bu tarixi düşmənçiliyin davamıdır”.
Seymur ƏLİYEV