Politoloq
Ekskluziv
2882
01:31, Bu gün

Politoloq "TRİPP"-i kağız parçası adlandıran Xocalı canisinin Ermənistandan qovulmasını tələb etdi...

Politoloq Styopa Safaryan özünün "Facebook" səhifəsində 1991-2023-cü illərdə Rusiyanın dəstəyi ilə Azərbaycanın Qarabağ torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin "təhlükəsizlik şurası"nın katibi olmuş Xocalı canisi, general-mayor Vitali Balasanyanın Ermənistanın ittifaq dövlətinin tərkibində olması lazım gəldiyi barədə açıqlamasına münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumata yayıb.
 
"Bu şəxs hansı əsasla mənim torpağımda sərbəst gəzir, hansı pulla binalar tikir və ölkəmdə pulunu ikiqat artırır, halbuki bəyannaməsində başqa bir dövlətin vətəndaşı olduğunu bildirir? Niyə onun qanadları buruşmur və Ermənistan Respublikasının suverenliyinə qarşı verdiyi açıqlamalara və təbliğata görə ölkəmizdən qovulmur?.. Belə insanları Ermənistandan qovun, onların Ermənistan dövləti ilə heç bir əlaqəsi yoxdur”, - deyə Safaryan video yayımlayaraq yazıb.
 
Xatırladaq ki, 2023-cü ildə Ermənistana qaça bilmiş separatçı-terrorçu mediaya bugünkü açıqlamasında Ermənistanın Rusiya ilə bir İttifaq dövlətinə daxil olmasının zərurətindən danışıb, eyni zamanda ABŞ prezidenti D.Trampın Zəngəzur yolu üçün nəzərdə tutduğu "TRİPP" layihəsini kağız parçası adlandırıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər