“DTX bununla sübut etdi ki, Azərbaycan hamı, eləcə də əcnəbilər üçün ən təhlükəsiz ölkələrdən biridir”
Ekskluziv
3682
08 Mar 2026 | 17:46

“DTX bununla sübut etdi ki, Azərbaycan hamı, eləcə də əcnəbilər üçün ən təhlükəsiz ölkələrdən biridir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda İran xüsusi xidmət orqanlarının terror cəhdinin qarşısını alması sübut etdi ki, Azərbaycan ona qarşı gerçəkləşdirilən açıq-gizli bütün hücumları dəf etməyə qadirdir. Xüsusi xidmət orqanlarımızın yüksək peşəkarlığı və ayıq-sayıqlığı, eləcə də dövlətimizin müdafiə gücü buna imkan verir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu əməliyyat Azərbaycanın xarici səfirliklər,  diplomatik korpus əməkdaşları və digər əcnəbilər üçün də ən təhlükəsiz ölkə olduğunu isbatladı:

“Məlum olduğu kimi, SEPAH ölkəmizdə bir neçə obyekti, eləcə də İsrail səfirliyini hədəfə almışdı ki, DTX-nın çevik müdaxiləsi onların planlarını pozdu. Terror aktında istifadəsi nəzərdə tutulan partlayıcı qurğular zərərsizləşdirildi. Eyni zamanda, bri neçə terrorçu həbs edilərək məsuliyyətə cəlb olundu.

DTX-nın sözügedən əməliyyatı sübut etdi ki, Azərbaycan hər kəs, eləcə də bütün əcnəbilər, xarici turistlər, səfirlik və diplomatik korpus əməkdaları, xarici iş adamları üçün ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycanda bütün insanların təhlükəsilziyi ən yüksək səviyyədə qorunur və mümkün terror aktlarının qarşısını elə planlaşdırma mərhələsindəcə alınır. Bu fakt Azərbaycanın təhlükəsizlik mexanizminin son dərəcə dəqiq və effektiv işlədiyini göstərir.

DTX-nın son anti-terror əməliyyatı onu deməyə əsas verir ki, Azərbaycan dövləti bundan sonra da onu hədəf seçən bütün məkirli qüvvələrin bəd əməllərini uğurla ifşa edəcək, Prezident İlham Əliyevin rəhbərliyi altında sülh və əmədkaşlıq ölkəsi kimi yeni-yeni zirvələr fəth edəcək”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər