DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı
Ekskluziv
546
12:34, Bu gün

DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda strateji obyektlərə, eləcə də ictimai şəxsə qarşı terror aktı həyata keçirməyi planlaşdıran İran xüsusi xidmət orqanlarını ifşa edib. DTX-nın keçirdiyi əməliyyat nəticəsində SEPAH tərəindən ölkəmizə keçirilən 3 partlayıcı maddə zərərsizləşdirilib, bu maddələrin 3-cü şəxslərə ötürülməsinin qarşısı alınıb. Məlum terror aktının icrasına çalışan və DTX tərəfindən saxlanılan Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixan oğlu törətdikləri əməlləri, o cümlədən, SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.

DTX-nın Bakıdakı anti-terror əməliyyatı İranın ölkəmizə olan ənənəvi münasibətində heç bir dəyişikliyin olmadığını, cənub qonşumuzun Azərbaycanda xaos və qarışıqlığın mövcudluğunda maraqlı olduğunu göstərdi. Eyni zamanda bu anti-terror əməliyyatı sübut etdi ki, İranın 5 mart 2026-cı il tarixində Naxçıvana həyata keçirdiyi dron hücumu heç də təsadüfi olmayıb və məqsədli şəkildə gerçəkləşdirilib.

İranın terror aktı və terror planları Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığa malik olduğunu ortaya çxıarmaqla yanaşı, cəmiyyətimiz, eləcə də hər bir fərdimiz üçün vacinb olan bir həqiqəti də aktullaşdırdı. Bu da bütün vəətndaşlarımızın hər zaman – xüsusilə də indiki həssas dönəmdə daim ayıq-sayıq olmasının vacibliyi, şahid olduqları istənilən şübhəli şəxs və ya əşya, hadisə və ya proseslə bağlı xüsusi xidmət orqanlarımızın məlumatlandırmasıdır. Unutmaq olmaz ki, təhlükəsizliyin etibarlı təmini bir qurum və ya bir neçə şəxsin üzərinə düşən, onlar tərəfindən gerçələşdirilməsi gərəkən məsələ deyil. Təhlükəsizliyin təmini hər bir vətəndaşın aktiv iştirakı ilə təmin olunması gərəkən kompleks və mürəkkəb bir prosesdir. Odur ki, hər bir vətəndaş bu həssas məsələdə üzərinə düşən məsuliyyəti dərk etməli, öz ayıq-sayıqlığı ilə ümummilli təhlükəsizliyimizə töhfə verməyi bacarmalıdır.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər