“Ölümün qarşısını almaq olmur, hər kəs onun xatirəsini əbədiləşdirir”-Qənirə Paşayevanın anası-ÖZƏL+FOTO
Ekskluziv
651
21:21, Bu gün

“Ölümün qarşısını almaq olmur, hər kəs onun xatirəsini əbədiləşdirir”-Qənirə Paşayevanın anası-ÖZƏL+FOTO

“Mən sizə təşəkkür edirəm ki, Qənirə xanımı doğum günündə yad edirsiniz. Amma onun haqda danışmaq mənə çox çətindir. Bəzən danışanda qəhərlənirəm, boğazım quruyur, danışa bilmirəm. Bu mənim özümdən asılı deyil. Mən sizin vasitənizlə hər kəsə təşəkkür edirəm ki, onu doğum günündə, anım günündə yad edirlər”

Bunu Moderator.az-a özəl açıqlamasında mərhum millət vəkili Qənirə Paşayevanın anası Tehran Nağıyeva deyib. O daha sonra əlavə edib:


“Başda dövlət başçımız, onun xanımı olmaqla hər kəsdən razıyam. Qənirə xanım haqda olan arzularımı onlar yerinə yetiriblər. Mən çox razıyam. Xalqımız onu çox istəyir. Xatirəsinin ədəbiləşdirilməsi üçün nə lazımdırsa dövlətimiz onu etdi. Xalqımız da əlindən gələni edir. Ölüm elə bir şeydir ki, onun əlacı yoxdur. Onun qarşısını almaq olmur” deyə Qənirə Paşayevanın anası bildirib.


Tehran Nağıyeva Qənirə Paşayevanın sağlığında lentə aldığı “Addım-addım Türkiyə” verilişindən də danışıb:


“Addım-addım Türkiyə” verilişi hələ ki, davam edir. Ayda iki buraxılış efirə gedir. Verilişi Elnurə xanım hazırlayır. 11 veriliş qalıb. Yay ayına qədər efirə gedəcək” deyə Tehran Nağıyeva bildirib.

Link kopyalandı!
Son xəbərlər