“Ailəmdəki xanımlara bahalı hədiyyə almıram, güllər bahalaşıb, satıcıların insafı...”-FOTO+ÖZƏL
Ekskluziv
2141
20:49, Bu gün

“Ailəmdəki xanımlara bahalı hədiyyə almıram, güllər bahalaşıb, satıcıların insafı...”-FOTO+ÖZƏL

“8 mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün xanımlarımızı təbrik edirəm. Onların hər birinə can sağlığı, xoşbəxtlik arzulayıram. Bu bayramı dünyanın bütün yerində qeyd edirlər. Bayramlar bir-birinə qarışıb. Qarşıdan həm Novruz, həm də Ramazan bayramı gəlir. İndi bu bayramları daha gözəl qeyd edirik. İnanıram ki, qalib Azərbaycan bütün bu bayramları özünəməxsus şəkildə qeyd edəcək. Azərbaycan xanımı hər zaman abırlı, həyalı, yerini bilən xanımlar olub. Dünyanın hər yerində xanımlarımız ədəb-ərkanı, ünsiyyəti, ailə dəyərləri ilə seçiliblər. Bundan gözəl nə ola bilər?”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra əlavə edib:


“Ailəmdəki xanımlara ya ətir, ya da gül alıram. Təbii ki, təbrik edirik. Bu sadəcə diqqətdir. Hədiyyənin bahalı yaxud da ucuz olması önəmli deyil. Bir hədiyyə olsun, amma ürəkdən gəlsin. Bəlkə də bir çoxları fikirləşə bilər ki, Niyaməddin müəllim ailəsindəki xanımlara daha bahalı hədiyyələr alır. Qətiyyən belə deyil. Uşağın uşaq hədiyyəsi var, böyüyün də böyük hədiyyəsi” deyə sənətkar bildirib.


Niyaməddin Musayev özəl günlərdə qiymət artımından da danışıb:


“Allah hər kəsə bol ruzi versin. Heç bir ailə başçısını xanımı və övladları qarşısında naümüd qoymasın. Bayramda hər şey bahalaşır. Fürsətdən sui-istifadə edirlər. Bilirəm ki, güllərin qiyməti də bahadır. Yaxşı olar ki, 8 mart günündə güllər ucuzlaşsın və hər kəs gedib ala bilsin. Bu artıq satıcıların insafına qalıb” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər