Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların qarşısını alıb. DTX-nın verdiyi məlumatdan bəlli olur ki, əhali arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb. DTX-nın keçirdiyi əməliyyat nəticəsində ölkəmizin ərazisinə keçirilən partlayıcı qurğular zərərsiləşdirilib və bu qurğuların 3-cü şəxsə ötürülməsinin qarşısı alınıb.
İran İsrailin Azərbaycandakı səfirliyini niyə hədəf seçib?
İran Azərbaycanda bir neçə hədəf müəyyənləşdirib ki, bu hədəflərdən biri ölkəmizdəki İsrail səfirliyi olub. Bəs İranın İsrail səfirliyini hədəf seçməsinə səbəb nədir?
İlk səbəb, heç şübhəsiz İranla İsrail arasında tarixən gərgin olan münasibətlər, eləcə də bu gün iki dövlət arasında baş verən müharibədir. İran Azərbaycandakı İsrail səfirliyini partlatmaqla rəsmi Təl-Əvivə gözdağı verməyi planlaşdırıb.
İsrail səfirlirinin hədəf seçilməsində digər bir məqsəd isə heç şübhəsiz Azərbaycanı dünya miqyasında etibardan salmaq, onun güvənilən və təhlükəsiz dövlət olmadığını sübut etmək olub. Azərbaycana qarşı tarixən düşmənçilik siyasəti yürüdən İran, bir terror aktı ilə iki və daha çox məqsədə çatmağı planlaşdırıb ki, məhz DTX-nın peşəkarlığı bu planın həyata keçirilməsini önləyib.
DTX-dan İranın xain planına ölümcül zərbə
DTX-nın ayıq-sayıqlığı və yüksək peşəkarlığı sayəsində SEPAH-ın terror aktı ilə bağlı mənfur planı ifşa edildi ki, bu da molla rejimi üçün ciddi zərbə oldu.
DTX terror aktının qarşısını almaqla sadəcə İsrail səfirliyi və digər strateji obyektlərin təhlükəsizliyini təmin etmədi. Eyni zamanda, İranın Azərbaycana olan düşmənçilik siyasətini inkaredilməz faktlarla bir daha sübut etdi. DTX-nın əməliyyatı sübut etdi ki, İran Azərbaycanba mnasibətdə hər zaman olduğu kimi bu gün də səmimi deyil. Rəsmi Tehran ölkəmizdə xaos yaratmaq, qorxu, vahimə mühiti formalaşdırmaq üçün ən iyrənc üsullardan istifadəyə hazırdır.
DTX məlum əməliyyatı ilə dövlətimizin beynəlxalq miqyasdakı etibarını da uğurla qorudu və sübut etdi ki, Azərbaycan həqiqətən də dünyanın ən təhlükəsiz ölkələrindən biridir və bundan sonra da belə olacaq!
Seymur ƏLİYEV