“Şimali İraqda türkmanların sayı çox olsa da, kürdlərə muxtariyyət verildi, türkmanlar isə kənarda qaldı...”
Ekskluziv
501
10:40, Bu gün

“Şimali İraqda türkmanların sayı çox olsa da, kürdlərə muxtariyyət verildi, türkmanlar isə kənarda qaldı...”

İran parçalanacağı halda ABŞ və İsrail, eləcə də Avropa, Rusiya, digər beynəlxalq güclər Güney Azərbaycandakı soydaşlarımızın dövlət qurmasına imkan verərmi?.. 
 
“Azərbaycanın İranla bağlı atacağı addımları Türkiyə ilə birgə məsləhətləşmələr və əlaqəli şəkildə atmasında fayda görürəm...”
 
Hesab edirəm ki, beynəlxalq güclərin gündəliyində İranın parçalanması yoxdur. Bunu İrana qarşı müharibə aparan ABŞ və İsrail də planlaşdırmayıb. Məqsəd hazırkı rejimi dəyişmək, özlərinin istədiyi şəxsi hakimiyyətə gətirməkdir. ABŞ prezidenti Donald Tramp açıq şəkildə İranın yeni rəhbərini özünün seçəcəyini bəyan edib. Belə bir rəhbər tapsalar, bəlkə heç molla rejimini dəyişməzlər də. Təl-Əviv və Vaşinqton daim Tehran rejimindən bölgə ölkələrini təzyiq altında saxlamaq, İslam coğrafiyasını parçalamaq üçün istifadə edib. Türkiyənin regionda vahid gücə və təhlükəsizlik təminatçısı olmasına da maneə kimi İran qoyulub. Yaranmış fürsətdən soydaşlarımız istifadə edərək azadlığını və müstəqilliyini əldə etməyə çalışmalıdır.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Sizcə, İran parçalanacağı halda ABŞ və İsrail, eləcə də Avropa, Rusiya, digər beynəlxalq güclər Güney Azərbaycandakı soydaşlarımızın dövlət qurmasına  imkan verərmi?” sualını cavablandırarkən siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Ola bilsin ki, proseslərin gedişi İranın da federallaşdırılmasına aparsın. Yəni həm Azərbaycan, həm Türkiyə, həm də cənubdakı 50 milyonluq soydaşlarımız bütün  variantları diqqətə almalıdır. İndidən kürd kartının ortalığa atılması, kürd separatizminin hadisələrin içərisinə alınması barədə narahat məlumatlar gəlməkdədir. Bu məlumatlar öz təsdiqini taparsa, bölgədə çox ciddi və idarəolunmaz xaos, istiqrarsızlıq yaranar ki, bu da Bakı ilə Ankaranın təhlükəsizliyinə real təhdidlər deməkdir. Məncə, müxtəlif kanallar və vasitələrlə güneyli soydaşlarımızla təmaslar artırılmalı, onlarla fəal işlənilməlidir. Çalışılmalıdır ki, millət olaraq mənafelırinizi təmin edə bilək.  Koordinaslyalı və məqsədyönlü fəaliyyət qlobal gücləri də regional layihələrinə korrektələr etməyə məcbur qoyar”, -deyə davamında şərhçi bildirib. 
 
“İraqda, Suriyada acı təcrübələr Türk dünyası üçün dərs olmalıdır. 2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra İraq parçalanma təhlükəsi qarşısında olanda Şimali İraqda -Ərbildə, Kərkükdə türkmanların sayı çox olsa da, kürdlər üçün muxtariyyət quruldu, mərkəzi hakimiyyətdə aparıcı rol aldılar. Türkmanlar isə kənarda qaldı... Səddam Hüseyn rejiminin zülmü, assimilyasiyası və milli ayrı-seçkiliyi kürd separatizmi ilə əvəzləndi. Azərbaycanın İranla bağlı atacağı addımları Türkiyə ilə birgə məsləhətləşmələr və əlaqəli şəkildə atmasında fayda görürəm...”
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər