Deputat:
Ekskluziv
406
20:02, Bu gün

Deputat: "Naxçıvana hücum molla rejiminin riyakarlığıdır"

“Azərbaycan riyakar hücuma cavab vermək hüququnu özündə saxlayır və qarşı tərəf mütləq cavabını alacaq"
 
Cənubi Qafqaz tarix boyunca həssas geosiyasi balansın mövcud olduğu ərazi kimi tanınıb. Bu bölgədə təhlükəsizlik mühitinin sabitliyi yalnız hərbi qüvvələrin nisbəti ilə deyil, eyni zamanda dövlətlərin beynəlxalq hüquqa hörməti, siyasi məsuliyyət anlayışı və qonşuluq münasibətlərinə yanaşması ilə müəyyən olunur. Bu gün İran tərəfindən Naxçıvan Muxtar Respublikasına yönəlmiş təxribat təkcə regional sabitliyi pozmur, həm də Azərbaycanın ərazi bütövlüyü və strateji əlaqələrinə açıq təhdid yaradır.
 
Millət vəkili Vüqar Bayramov törədilmiş təxribatla bağlı Moderator.az-a münasibət bildirib.
 
 Deputat vurğulayıb ki, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumu molla rejiminin nankorluğu və riyakarlığının bariz nümunəsidir:
 
"Eyni zamanda, mülki infrastrukturu hədəf almaq qorxaqlığın və acizliyin açıq göstəricisidir. Bu hücum beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və regionda gərginliyin artmasına səbəb olacaq. Qarşı tərəf dərhal açıqlama verməli və bu kimi halların təkrar olmaması üçün zəruri addımlar atmalıdır.
 
Mülki infrastruktura, o cümlədən məktəb binasına edilən hücum birmənalı şəkildə terror aktıdır. İranda mövcud molla rejimi daim Azərbaycanlılara qarşı düşmən mövqe sərgiləyir, onların hüquqlarını əlindən alır və orada yaşayan soydaşlarımızı davamlı təzyiq altında saxlayır. Azərbaycan tərəfi bu riyakar hücuma cavab vermək hüququnu özündə saxlayır və qarşı tərəf mütləq öz cavabını alacaq".
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər