“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”
Ekskluziv
303
18:48, Bu gün

“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”

Cəlil Xəlilov: “Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır”

“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın mülki infrastrukturunun heç bir əsas olmadan hücuma məruz qalması İranın ölkəmizə olan düşmən münasibətindən xəbər verir:

“İranın Azərbaycana münasibətdə hər zaman qeyri-səmimi və riyakar mövqe sərgilədiyi heç kimə sirr deyil. Bunun ən bariz nümunəsi İranın Ermənistanın işğalçılıq siyasətinə qarşı heç vxt öz etiraz səsini qaldırmaması, əksinə, təcavüzkar rejimə dəstək verməsidir.

Hamıya məlumdur ki, İran torpaqlarımız işğal altında olduğu müddətdə nəinki Ermənistanla bütün sahələrdə geniş əməkdaşlıq həyata keçirib, həm də işğaldakı kənd və şəhərlərimizin talanmasında, qarət edilməsində yaxından işitrak edib. Bütün bu faktlar İranın Azərbaycana olan gerçək münasibətini əks etdirir. Bu gün İran dronlarının Naxçıvana hücumu bir daha sübut edir ki, İranın Azərbaycana olan münasibəti dəyişməyib və bu münasibət hər zamankı kimi riyakar, hər zamankı kimi qərəzlidir.

Bildiyiniz kimi, artıq İranın məlum addımı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını keçirib, mühüm açıqlamalar verib. Dövlət başçısı haqlı olaraq İranın xain hücumunu namərdlik, nankorluq nümunəsi kimi xarakterizə edib. Dövlət başçısı eyni zamanda “Dəmir yumruq” faktorunu xatırladıb və bildirib ki, Azərbaycanın gücünü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarılıb. Bu baxımdan, İran Azərbaycana qarşı təxribatlara son qoymalı, Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır. Yaxşı olar ki, İran ona səmimi qonşuluq münasibəti bəsləyən dövlətlərə qarşı təxribatlar törədincə, hər qarışını raketlərlə şumlayan ABŞ-İsrail ordusunun hücumlarının qarşısını almaq haqqında düşünsün. Eyni zamanda unutmasın ki, yeni bir təxribata imza atacağı təqdirdə, Azərbaycan tərəfindən layiqli şəkildə cəzalanacaq, “qazancı” eynən Ermənistan kimi göz yaşı və peşmanlıq olacaq”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər